ATV-nin rəhbərliyinin dəyişdirilməsi barədə AÇIQLAMA
"Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil".
Bunu açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, "Televiziya və radio yayımı" haqqında qanunun 2-ci maddəsinə əsasən telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: "Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş Vüqar Qaradağlının vəzifəsindən azad edilib, yerinə Azər Xəlilovun təyin olunması adi haldır. Burada qeyri-adi heç nə yoxdur".
T.Məmmədov CBC televiziya kanalının yayımının dayandırılması barədə gəzən söhbətlərə də münasibət bildirib. O, bu məlumatların doğru olmadığını deyib: "Televiziyanın rəhbəri başqa yerə gedirsə, bu, kanalın bağlanması demək deyil".
Qeyd edək ki, bu gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlının yerinə əməkdar jurnalist Azər Xəlilov təyin olunub. A.Xəlilov indiyədək CBC televiziyanının direktoru vəzifəsində çalışırdı.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



