Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın lombard şirkəti "BQ" ASC-nin nizamnamə kapitalı 200 min 500 manat artırılır.

Marja.az xəbər verir ki, "BQ" ASC hər birinin nominal dəyəri 2005 manat olan 100 ədəd adi, adlı və sənədsiz səhm buraxıb.

Əgər yerləşdirmə uğurla başa çatrarsa "BQ" ASC-nin nizamnamə kapitalı 204 min 510 manata yüksələcəkdir.

Hazırda "BQ" ASC-nin 4010 manatlıq 2 səhmi (100%) Quliyev Eldar oğluna məxsusdur.  Fərman Quliyev atası Eldar Quliyevlə birlikdə "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır. Həmçinin "Sizin Lombard" brendinin sahibi "GL" ASC-nin nizamnamə kapitalının 100%-i də Quliyev Fərman Eldar oğluna məxsusdur.

Qeyd edək ki, "BQ" ASC 2024-cü ili 343 min 327 manat xalis mənfəət ilə başa vurub. 31 Dekabr 2024-cü il tarixində Şirkət 5 milyon 26 min manat  cəmi aktivlərə, o cümlədən 4 milyon 506 min manat kredit portfelinə malik olub. 

Emissiyanın anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" OSC-dir.

“BQ” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamağa qəbul edən kommersiya hüquqi şəxsdir. Təşkilat təminatlı kredit bazarında rəqabət aparır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

BQ ASC nizamnamə kapital artımı lombard şirkəti daşınar əşya girovu qısamüddətli kreditlər səhmlər buraxılışı Quliyev Fərman Eldar oğul sahiblik Para ASC BOKT Sizin Lombard GL ASC İnvest-AZ İnvestisiya Şirkəti aktivlər kredit portfeli xalis mənfəət Azərbaycan lombard bazarı təminatlı kredit bazarı rəqabət kommersiya hüquqi şəxs investisiya səhmdar finans xəbərləri
02.04.2026 12:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18