Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
“Düzünü desəm, İranda nefti götürmək mənim ən çox istədiyim şeydir"ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən münaqişə beşinci həftəsinə daxil olarkən, İranın neft resurslarını “ələ keçirə biləcəklərini” və ölkənin əsas ixrac mərkəzi olan Xərq adasını (Xarg və ya Hark) nəzarət altına ala biləcəklərini deyib.
Marja xəbər verir ki, Tramp bazar günü "Financial Times" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, onun seçimi “nefti götürməkdir” və bu addımı ABŞ-ın bu ilin əvvəlində Venesuelada həyata keçirdiyi, nəticədə ölkənin neft sektorunun faktiki nəzarətə alındığı hərbi əməliyyatla müqayisə edib.
Məlumatlara görə, ABŞ administrasiyası Xərq adasına quru qoşunlarının göndərilməsi variantını da nəzərdən keçirib. Lakin mənbələrdən biri belə bir əməliyyatın “çox riskli” ola biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, Tehran həmin əraziyə qarşı raket və pilotsuz uçuş aparatları vasitəsilə ciddi müqavimət göstərmək imkanına malikdir.
Tramp müsahibəsində bildirib: “Düzünü desəm, İranda nefti götürmək mənim ən çox istədiyim şeydir, amma ABŞ-da bəzi insanlar deyir ki, bunu niyə edirsən”.
O əlavə edib: “Bəlkə Xərq adasını alarıq, bəlkə almayaq. Çoxlu seçimlərimiz var. Bu, eyni zamanda orada bir müddət qalmalı olacağımız anlamına gəlir”.
Qeyd edək ki, Xərq adası İranın neft ixracının əsas mərkəzidir və ölkənin ümumi ixracının böyük hissəsi məhz bu ərazi vasitəsilə həyata keçirilir. Belə bir addımın reallaşması İran iqtisadiyyatına ciddi təsir göstərə və regionda gərginliyi daha da artıraraq qlobal enerji bazarlarında dalğalanmanı gücləndirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







