Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
ABŞ Prezidenti Donald Tramp İranın razılaşma əldə etmək istədiyini, lakin bunu açıq şəkildə etiraf etməyə çəkindiyini iddia edib.
Marja xəbər verir ki, Tramp bu fikirləri National Republican Congressional Committee-nin illik ianə toplama tədbirində çıxışı zamanı səsləndirib.
O bildirib ki, iranlılar danışıqlar aparır və razılaşma əldə etmək istəyirlər:
“Bunu deməyə qorxurlar. Çünki öz xalqları tərəfindən öldürüləcəklərini düşünürlər. Eyni zamanda bizim tərəfimizdən də öldürülməkdən qorxurlar”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti “müharibə” sözündən istifadə etməyi sevmədiyini də vurğulayıb. Onun sözlərinə görə, bu ifadə əvəzinə “hərbi əməliyyat” terminindən istifadə etmək daha doğru olar:
“"Müharibə" sözünü sevmirlər, çünki ondan istifadə etmək üçün rəsmi təsdiq lazımdır. Buna görə də mən "hərbi əməliyyat" deyəcəyəm. Əslində baş verən də budur”, – deyə o bildirib.
Tramp artan enerji və neft qiymətlərinə də toxunaraq bunun əməliyyatın yalnız qısamüddətli təsiri olduğunu və onun üçün ciddi əhəmiyyət daşımadığını qeyd edib.
“Biz etməli olduğumuz işi gördük – xərçəngi aradan qaldırmalı idik. Onu kəsib çıxarmaq məcburiyyətində idik. Xərçəng isə nüvə silahına sahib İran idi və biz onu kəsib çıxardıq. İndi isə işi tamamlamaq üzrəyik”, – deyə ABŞ prezidenti əlavə edib.
Tramp həmçinin ABŞ-ın dünyanın ən güclü ordusuna sahib olduğunu və ən müasir hərbi texnika istehsal etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ qüvvələri İranın genişmiqyaslı raket hücumunun qarşısını alıb.
“Biz hücuma məruz qaldıq. İran bizim üçün son dərəcə vacib bir hədəfə 100 raket atdı. Bəzi səbəblərə görə bunun nə olduğunu açıqlamayacağam. Saatda 2000 mil sürətlə hərəkət edən 100 raket son dərəcə güclü və strateji əhəmiyyətli bu hədəfə doğru gəlirdi. Lakin bizə doğru gələn 100 raketin hamısı dərhal vuruldu, havada məhv edildi və dənizə düşdü”, – deyə Tramp bildirib.
ABŞ və İsrailin İrana hücumları
İsrail və ABŞ, Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda – 28 fevral tarixində Iran-a qarşı hərbi hücumlara başlayıb.
Buna cavab olaraq İran, İsraillə yanaşı ABŞ hərbi bazalarının yerləşdiyi Qatar, Birləşmiş Ərəbə Əmirlikləri və Bəhreyn başda olmaqla bir sıra region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirib.
ABŞ və İsrailin hücumları nəticəsində İranın keçmiş ali lideri Əli Xamenei ilə yanaşı, bir sıra yüksək vəzifəli şəxslərin də öldürüldüyü bildirilib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
7 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 36 d. əvvəl
-
-
38 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
46 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub







.jpg)








.jpg)






