"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim edib - VİDEO
Mayak işığından başlayan hekayə(®) Azərbaycan mədəniyyətində baharın gəlişi yalnız fəsil dəyişikliyi deyil, həm də təbiətin oyanışı, yenilənmə və ümidin simvolu kimi qəbul olunur. Bu ideyadan ilhamlanan Mayak Residence baharın gəlişini simvolik və emosional yanaşma ilə təqdim edən xüsusi reklam çarxı hazırlayıb.
Çarxın hekayəsi klassik süjetdən daha çox metaforik və vizual təsvirlər üzərində qurulub. İlk kadrlarda torpaqdan cücərən bitkilər, dənizin dərinliklərində suyun hərəkəti və təbiətin oyanışını hiss etdirən görüntülər yer alır. Bu səhnələr baharın sadəcə bir fəsil deyil, eyni zamanda yeni başlanğıcların və yenilənmənin rəmzi olduğunu göstərir.
Hekayənin mərkəzində iki əsas obraz dayanır. Onlardan biri baharın rəmzi kimi təqdim olunan Bahar Qızıdır. O, zərif və mistik obraz kimi təsvir edilir. Digər obraz isə mayakda yaşayan və sanki uzun müddət burada yaşayan bir insanı təmsil edir. Bu rolu tanınmış aktyor Tural Əsədov canlandırır. O, əlində su dolu vedrələrlə mayaka doğru addımlayaraq, bu məkanı yaşadan və ona həyat verən bir insan kimi təqdim olunur.
Reklam çarxında mayak xüsusi simvolik məna daşıyır. O, gözləyən qəlbin, ümidin və işığın rəmzi kimi təqdim edilir.
Hekayədə dramatik dönüş Turalın qəfil Bahar Qızını görməsi ilə baş verir. Bu qarşılaşma təbiətdə baş verən dəyişikliklər kimi gözlənilməz və sehrli bir an yaradır. Bahar Qızının papağındakı aynadan əks olunan işıq Turalın gözlərini qamaşdırır və bu an hekayənin dönüş nöqtəsinə çevrilir.
Onların qarşılaşması ilə süjet yeni mərhələyə keçir. Bu səhnə sadəcə iki insanın görüşü deyil, həm də tənhalığın ümidə çevrilməsi, soyuq mövsümün bahara yol verməsi kimi təqdim olunur. Dəniz və yağış görüntüləri isə təbiətdə baş verən dəyişiklikləri və yeni həyatın başlanmasını simvolizə edir.
Sonrakı kadrlar ərazidə baharın gəlişini göstərir. Təbiət yaşıllaşır, atmosfer günəşli və canlı görünüş alır.
Reklam çarxının finalında isə poetik və gözlənilməz keçid baş verir. İzləyici bütün bu hekayənin əslində balaca bir qızın xəyal dünyasının məhsulunu rəsmdə canlandırıldığını görür. Burada bahar gəlmiş mayak ərazisi, günəşli səma və mayaka baxan iki fiqur təsvir olunub.
Balaca qız - Aylin rəsmi rəngləyərkən səhnə müasir həyata keçir. Onun valideynləri artıq müasir geyimdə, Mayak Residence kompleksində yerləşən mənzillərində masa arxasında oturaraq, qızlarını şam yeməyinə çağırırlar.Beləliklə, reklam çarxı simvolik hekayəni real həyata bağlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
3 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
3 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
4 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)
.jpg)











.jpg)


