“AAAF Park”ın rəhbərindən icra başçısına şok ittihamlar
“AAAF Park” rəhbəri Tofiq Heydərov həbs olunması və şirkətdə yoxlamaların aparılması barədə yayılan xəbərlərin arxasında kimlərin dayanması ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.
T.Heydərov bildirib ki, həmin adamlar “AAAf Park”da gözü olan şəxslərdir:
“İlk şübhələndiyim şəxs Abşeron rayonun keçmiş icra başçısı Zakir Fərəcovdur. O, sənədlərimizdə və AAAF yazısın üzərində “Mülk Allaha məxsusdur” sözünün yazılmasının səbəbkarıdır. Onun haqqında elə faktlar və məlumatlar var ki, özüm hər dəfə baxanda şoka düşürəm.
2001-ci ildə, o vaxtkı icra başçısı bizə ağır atletika zalı, obyektlər və həyət evləri tikmək üçün xeyli torpaq sahəsi ayırdı. Tez bir zamanda gözəl işlər görə bildik, yaxşı pul qazandıq. Aylıq gəlirim 50 min manatı keçmək üzrə olan vaxt Zakir Fərəcov icra başçısı təyin olundu. İlk olaraq bizim evlərin tikintisini dayandırdı, iki ay sonra evləri sökməyə başladı. Polis rəisi məni tutmaqla hədələyib, xeyli müddət şöbədə saxladı. Prezidentə müraciət yazıb bir nüsxəsini başçıya verdim. Qorxduğum üçün belə etdim, prezidentə göndərməyi özümə sıığışdırmadım.
Nəisə, uzun olmasın, 300 min manat ziyana düşdüm, ən çətini isə sakinlərə çıxarış verə bilmədim. Bir həftəyə 100 manata başa gələn çıxarış 2 ilə 3500 manata güclə düzəlirdi. Çıxarış verə bilmədiyim üçün fikirləşib bir yol tapdım. Çıxarışa oxşar müqavilələr hazırlayıb üzərinə “Mülk Allaha məxsusdur” yazdım. Kim çıxarış istəyirdisə, deyirdim bu dünyada heç bir şey bizə aid deyil. Hamı da razılaşıb təşəkkür edirdi”.
İş adamı T.Heydərov deyib ki, Zakir Fərəcov həmin ərazini Beynəlxalq Bankın əlindən almaq istəyib:
“AAAF-I tikməyə başlayanda fikirləşdim ki, bunu əlimdən almaq istəyəcəklər. Ona görə parkın hər yerinə Quran ayəsini vurdurdum. Sərəncam almaq üçün gedəndə Zakir Fərəcov əsəbləşib dedi ki, “mən oranı bankdan alacaqdım və 200 milyon pul qazanacaqdım”. Sərəncamı alıb işə başladım. Zakir müəllimin “Heydər parkı” ilə üzbəüz yeri var idi, oranı almağı mənə təklif etdi. Dedim satmağa ehtiyac yoxdu, orada mən sizin üçün tikinti apararam, ən azı 30 milyon qazanc götürüb şəhərin inkişafına xərcləyərsiz. 5 milyona satdığı bu torpaqdan mənim bu qədər qazanc çıxaracağıma inanmırdı”.
T.Heydərov bildirib ki, hazırda Sumqayıtın icra başçısı olan Z.Fərəcov “Sevil Massivi” və “AAAf Park”ın “torbasını tikib”: “Bankdan götürdüyüm kreditlərlə öz şirkətim adına kompleksi tikməyə başladım. Çox çətinliklərlə qarşılaşdım, 30-dan çox məcburi köçkünə 3 otaqlı təmirli evlər verdim. Bir də baxdım ki, bu adam bunun üçün bu qədər iş gördüyüm halda “Sevil Massivi” ilə birgə mənim də torbamı tikib.
Zakir Fərəcov üçün 70 min kvadratmetrdən artıq tikinti inşa etdim, gözəl də satış oldu. Əvəzində icra hakimiyyəti tərəfindən “AAAF Park”a müdaxilələr dayanmadı ki, dayanmadı”.
Qeyd edək ki, bir neçə gün öncə “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərovun saxlanılması və prokurorluq əməkdaşlarının yoxlama aparması barədə məlumatlar yayılsa da, sonradan rəsmi qurumlar və adıçəkilən şirkət tərəfindən təkzib edilib.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
-
3 saat əvvəl
"Legion Financial” şirkətinin 220 000 manatlıq yeni səhmlərini 3 investor əldə edib
-
-
4 saat əvvəl
İranın yeni Ali Rəhbəri İsrail və ABŞ-ı "digər cəbhələr"in açılacağı ilə hədələyib
- 4 saat əvvəl
-
4 saat əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
4 saat əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
5 saat əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Hörmüz boğazı bağlı qalmalıdır. Boğazın bağlanması düşmənə təzyiq göstərmək üçün bir vasitədir"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
Ən çox oxunanlar
ABB-dən “Fayda Max Abunəlik” proqramı
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti





















