Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin də daxil olduğu Türkiyədə yerləşən "Coca-Cola İçecek A.Ş." (CCI) 2025-ci maliyyə ilinin nəticələri üzrə dividend ödəyəcəyini açıqlayıb.

Marja xəbər verir ki, Şirkətin Qiymətli Kağızlar və Birja Komissiyası (SPK) mühasibat standartlarına uyğun hazırlanmış konsolidə maliyyə hesabatlarına görə, 2025-ci il üzrə xalis mənfəəti 14 milyard 72 milyon 351 min Türkiyə Lirəsi (TL) (cari məzənnə ilə 543 milyon manat) təşkil edib.

Şirkətin İdarə heyəti, xalis mənfəətdən qanuni öhdəliklər çıxıldıqdan sonra 4 milyard 1 milyon 252 min 400,86 TL (cari məzənnə ilə 154 milyon manat) məbləğində dividendin ödənilməsi üçün ümumi yığıncağın təsdiqinə təqdim edilməsi barədə qərar qəbul edib.

Divident ödənişi 12 mayda planlaşdırılır

Təklifin ümumi yığıncaq tərəfindən qəbul edilməsi halında, divident ödənişlərinin 12 may 2026-cı il tarixindən etibarən həyata keçirilməsi planlaşdırılır.

Qalan mənfəət ehtiyatlara ayrılacaq

Şirkətin 2025-ci il mənfəətindən divident kimi paylanacaq məbləğdən başqa qalan hissəsinin şirkət daxilində saxlanılması planlaşdırılır.

İdarə heyəti, bölüşdürülməyən mənfəətin fövqəladə ehtiyatlar hesabına köçürülməsini ümumi yığıncağın təsdiqinə təqdim edəcək.

Xatırladaq ki, “Coca-Cola” bu gün 200-dən çox ölkədə istehlakçılara məhsul təqdim edən qlobal içki istehsalçısıdır. Şirkətin Azərbaycandakı fəaliyyəti 1994-cü ildə “Coca-Cola İçecek”in tərkibində “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Hazırda “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” markalarının istehsalı və satışı ilə məşğul olan “Coca-Cola Azərbaycan” 400-ə yaxın əməkdaş və təchizat zənciri vasitəsilə 5 000-dən çox iş yerini dəstəkləyir. 

İş elanları AzVak.az-da

04.03.2026 11:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18