“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
(®) “Coca-Cola İçecek” (CCI) şirkəti gənc və yenilikçi istedadların potensialına inanaraq tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verir.
“Anadolu Group”un dəstəyi ilə keçirilən müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Müsabiqə çərçivəsində seçilmiş yarımfinalçılar iyul ayında keçiriləcək 3 günlük “Innovation Bootcamp” proqramında iştirak edəcəklər. Proqram müddətində tələbələr layihə idarəetməsi üzrə təlimlərə qatılacaq, kouçinq və mentorluq dəstəyi alacaq, həmçinin ayrılan maliyyə dəstəyi ilə ideyalarının prototiplərini hazırlayacaqlar.
Oktyabr ayında baş tutacaq final mərhələsində ən uğurlu 3 layihə pul mükafatı qazanacaq. Bundan əlavə, birinci yerin qalibi noyabr ayında Türkiyəyə “Anadolu Group” şirkətinə səfər etmək imkanı əldə edəcək.
“One Idea” müsabiqəsi çərçivəsində təqdim olunan layihələr şirkətin əsas fəaliyyət istiqamətləri ilə əlaqəli olmalıdır. Bu istiqamətlərə CCI məhsulları və innovasiyalar, təchizat sistemləri, istehsalat, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar daxildir.
Qeyd edək ki, müsabiqənin bütün mərhələləri ingilis dilində həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən tələbələr 31 mart tarixinə qədər posterdə yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə qeydiyyat formasını doldura bilərlər: https://lnkd.in/dGKAEPD4
Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

