Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Colliers-in Gözü ilə: Azərbaycanda Ofis Bazarının Reallıqları

Ofis icarəsində subyektiv qərarlar, bazar riskləri və peşəkar yanaşmanın rolu

Daşınmaz əmlak bazarında qəbul edilən qərarlar bizneslərin uzunmüddətli maliyyə dayanıqlığına, əməliyyat səmərəliliyinə və insan resurslarının məhsuldarlığına birbaşa təsir göstərir. Bu səbəbdən müasir biznes mühitində daşınmaz əmlak artıq texniki məsələ deyil, strateji idarəetmə aləti kimi dəyərləndirilir. Məhz bu yanaşma ilə Colliers qlobal miqyasda aparıcı kommersiya daşınmaz əmlak məsləhət şirkətlərindən biri kimi fəaliyyət göstərir.

Colliers beynəlxalq təcrübəyə, dərin analitik yanaşmaya və lokal bazar biliklərinin qlobal metodologiyalarla birləşdirilməsinə əsaslanan xidmət modeli ilə tanınır. Şirkət ofis, ticarət və sənaye daşınmaz əmlakı, investisiya məsləhətləri, layihələrin idaredilməsi, qiymətləndirmə və bazar araşdırmaları üzrə kompleks həllər təqdim edir.

Colliers Azerbaijan: bazarda yeni, yanaşmada sistemli

Colliers Azerbaijan2024-cü ilin avqust ayından etibarən Azərbaycanda rəsmi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində şirkət layihə idarəetməsi, biznes inkişaf layihələri üzrə məsləhət xidmətləri və ofis brokerliyi sahələrində həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən bir sıra strateji və institusional qurumlarla əməkdaşlıq etmişdir.

Colliers Azerbaijan-ın əsas fərqləndirici cəhəti bazara “sadəcə brokerlik” prizmasından deyil, biznes strategiyasının ayrılmaz hissəsi kimi yanaşmasıdır. Yerli bazarın spesifik xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilən beynəlxalq metodologiyalar müştərilərə qısa müddətli deyil, uzunmüddətli dəyər yaratmağa imkan verir.

Ofis icarəsi: əməliyyat qərarından strateji seçimə

Ofis sahəsinin seçimi bir çox hallarda texniki və ikinci dərəcəli qərar kimi qəbul edilsə də, əslində bu seçim şirkətin xərclər strukturuna, işçi effektivliyinə, brend imicinə və gələcək inkişaf imkanlarına ciddi təsir göstərir. Məhz bu səbəbdən ofis icarəsi Colliers-in əsas və prioritet biznes istiqamətlərindən biri hesab olunur.

Azərbaycanda praktikada isə tez-tez ofis sahələrinin ətraflı bazar analizi aparılmadan, alternativlər müqayisə edilmədən və real biznes ehtiyacları tam qiymətləndirilmədən seçildiyi müşahidə olunur.

Bazarın real problemləri: subyektiv qərarların dominantlığı

Ofis seçimi zamanı rast gəlinən əsas problemlərdən biri qərarların obyektiv meyarlar əsasında deyil, subyektiv səbəblərlə verilməsidir. Praktikada bu, müxtəlif formalarda özünü göstərir:

• Şirkətlərin rəhbərlərinin şəxsi tanışlıq dairəsinə yaxın olan binaların seçilməsi,

• Sahibkarların özlərinə məxsus və ya əlaqəli olduğu ofis sahələrinə üstünlük verilməsi,

• Bəzi hallarda bazar alternativləri mövcud olduğu halda, məcburiyyətdən müəyyən ofislərin icarəyə götürülməsi.

Bu yanaşma lokasiya uyğunluğu, real bazar qiyməti, texniki standartlar və uzunmüddətli çeviklik kimi mühüm faktorların kölgədə qalmasına səbəb olur. Nəticədə şirkətlər bir müddət sonra əlavə xərclər, qeyri-optimal sahə istifadəsi və ya vaxtından əvvəl relokasiya kimi problemlərlə üzləşirlər.

Colliers-in yanaşması: seçimdən sonrakı mərhələ də məsuliyyətdir

Colliers üçün ofis icarəsi prosesi müqavilənin imzalanması ilə bitmir. Şirkətin yanaşması “seçimdən sonrakı mərhələ”ni də əhatə edir. Colliers müştərilərinə:

• Ofis sahəsinin layihələndirilməsi və planlama mərhələsində məsləhət

• Layihənin icrası və idarəedilməsi üzrə koordinasiya

• Köçmə (relocation) prosesinin planlaşdırılması və idarə olunması

kimi hərətəfli xidmətlər təqdim edərək, ofis dəyişikliklərini biznes üçün minimum risk və maksimum səmərəliliklə həyata keçirməyə imkan yaradır. Bu yanaşma müştərilərin həm vaxt, həm də maliyyə baxımından itkilərini azaldır.

Nəticə

Müasir biznes mühitində ofis seçimi təsadüfi və ya subyektiv qərar olmamalıdır. Bu seçim düzgün analiz, bazar bilikləri və strateji baxış tələb edir. Colliers-in qlobal təcrübəsi və Colliers Azerbaijan-ın yerli bazara adaptasiya olunmuş yanaşması məhz bu ehtiyacdan irəli gələrək şirkətlər üçün etibarlı və uzunmüddətli tərəfdaşlıq modeli yaradır.

www.colliers.az

Colliers Azərbaycan Colliers Azerbaijan ofis bazarı Azərbaycan Bakı ofis icarəsi kommersiya daşınmaz əmlak ofis icarəsi bazarı daşınmaz əmlak məsləhət xidmətləri ofis brokerliyi ofis sahəsi seçimi biznes üçün ofis icarəsi ofis bazar analizi kommersiya daşınmaz əmlak bazarı ofis lokasiya seçimi ofis planlaşdırılması relokasiya xidmətləri layihə idarəetməsi daşınmaz əmlak investisiya məsləhəti daşınmaz əmlak bazar araşdırması ofis sektoru Azərbaycanda ofis bazarının reallıqları ofis sahələrinin optimallaşdırılması biznes strategiyası və ofis seçimi ofis icarəsi riskləri korporativ ofis həlləri premium ofis sahələri Bakı biznes mərkəzləri Bakı ofis icarə qiymətləri Azərbaycan strateji daşınmaz əmlak idarəetməsi institusional daşınmaz əmlak xidmətləri beynəlxalq daşınmaz əmlak şirkətləri Colliers qlobal təcrübə
09.02.2026 06:45

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18