Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq 4 milyard 813,5 milyon dollara düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xarici dövlət borcu 316,2 milyon dollar azalaraq  4 milyard 813,5 milyon dollara düşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci il üzrə dövlət borcu və dövlət zəmanətli borca dair illik Statistik Bülleten dərc olunub.

Marja.az Bülletenə istinadən xəbər verir ki, 2026-cı il 01 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində - faktiki Ümumi Daxili Məhsulun (ÜDM) 20,1 faizini təşkil etmişdir.

Ümumi dövlət borcunun 8 milyard 183 milyon manatı (4 milyard 813,5 milyon ABŞ dolları) və ya 31,5 faizi xarici dövlət borcunun, 17 milyard 804,5 milyon manatı və ya 68,5 faizi daxili dövlət borcunun payına düşür.

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil etmişdir. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalmışdır.

2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirmişdir. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalmışdır.

Kreditorlar üzrə bölgü 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%- i avrobondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı

Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2025-ci ildə gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 15,6 faizini təşkil etmişdir

Dövlət büdcəsinin borca xidmət xərclərinin dövlət büdcəsi xərclərindəki payı

Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2025-ci ildə gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,4 faiz təşkil etmişdir.

Ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti

2026-cı ilin 01 yanvar tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 85,1 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 17,7 dəfə üstələyir.

Ödəmə müddəti üzrə bölgü Xarici dövlət borcunun 58,2 faizi 5 ilə qədər olan müddətdə, 36,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır

Xarici dövlət borcunun Orta Ödəmə Müddəti

Mövcud kredit müqavilələri və avrobondlar üzrə geri ödəniş qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,1 il təşkil edir. 

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 85,7 faiz, avro – 6,4 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,2 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 28,8 faizini və ya 1 milyard 387,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında ticarət olunan xarici valyuta nominallı dövlət istiqrazları (avrobondlar) təşkil edir. Hesabat tarixinə beynəlxalq maliyyə bazarında ticarət olunan dövlət istiqrazları barədə məlumatlar aşağıdakı cədvəldə təqdim olunur.

İcraçı qurumlar üzrə bölgü

2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 42,7 faizi hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 57,3 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

2026-cı il 01 yanvar tarixinə xarici dövlət borcunun 60,7 faizi çoxtərəfli maliyyə institutları üzrə, 28,8 faizi avrobondlar üzrə, 10,5 faizi isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.

Daxili dövlət borcu

2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcu 17 milyard 804,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində faktiki ÜDM-in 13,8 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 855,2 milyon manat və ya 4,6 faiz azalmışdır. 2026-cı il 01 yanvar tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 1 faiz bəndi azalmışdır.

İş elanları AzVak.az-da

Bülletendə vurğulanıb ki, dövlət borcunun dayanıqlığının möhkəmləndirilməsi, dövlət borcu portfeli üzrə risk meyarlarının azaldılması, xəzinə vəsaitlərinin daha səmərəli idarə olunması üzrə 2025-ci il ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, 2025-ci il ərzində yeni cəlb olunan borcalmalar müqabilində həyata keçirilən əsas borc ödənişləri dövlət borcunun səviyyəsinin azalmasını şərtləndirmişdir. Dövlət istiqrazları üzrə risk meyarlarının azaldılması məqsədilə dövriyyə müddəti 1–3 il olan dövlət istiqrazlarının əsasən 5–10 il dövriyyə müddətinə malik dövlət istiqrazlarının emissiyası hesabına təkrar maliyyələşdirilməsi nəticəsində dövlət istiqrazlarının tədavül müddəti üzrə bölgüsü 2025-ci ilin əvvəli ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişmişdir. Eyni zamanda, 2025-ci il ərzində dövlət borcuna xidmət xərclərinin optimallaşdırılması istiqamətində bir sıra yüksək faizli dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması, daha aşağı faizli dövlət istiqrazları hesabına iri həcmli yüksək faizli dövlət istiqrazlarının təkrar maliyyələşdirilməsi əməliyyatları həyata keçirilmişdir. Qeyd olunan tədbirlər ilə yanaşı, 2025-ci ildən etibarən vahid xəzinə hesabının daha səmərəli idarə olunması məqsədilə milli və xarici valyutada olan vəsaitlərin aktiv idarə olunmasına başlanılmışdır. Qeyd olunan tədbirlər çərçivəsində aşağıdakı əsas nailiyyətlər əldə edilmişdir:

1. 2025-ci ilin əvvəli ilə müqayisədə dövlət borcunun səviyyəsi 1 milyard 392,7 milyon manat, o cümlədən daxili dövlət borcu 855,2 milyon manat, xarici dövlət borcu isə 537,5 milyon manat (316,2 milyon ABŞ dolları) məbləğində azalmışdır.

2. 2025-ci ilin əvvəli ilə müqayisədə dövlət zəmanətli borcun səviyyəsi 589 milyon manat, o cümlədən xarici dövlət zəmanətli borc 471,4 milyon manat (277,3 milyon ABŞ dolları), daxili dövlət zəmanətli borc isə 117,6 milyon manat məbləğində azalmışdır.

3. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti 2025-ci ilin əvvəli ilə müqayisədə əhəmiyətli səviyyədə (təqribən 2.2 dəfə) artaraq 3,3 il təşkil etmişdir.

4. Dövlət büdcəsinin borca xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılmışdır.

5. Vahid xəzinə hesabının idarə olunması nəticəsində 2025-ci il ərzində ümumilikdə 121,3 milyon manat, o cümlədən milli valyuta üzrə 98,6 milyon manat, xarici valyuta üzrə 22,7 milyon manat məbləğində faiz gəliri əldə olunmuşdur

dövlət-borcu Azərbaycan-dövlət-borcu xarici-dövlət-borcu daxili-dövlət-borcu ÜDM-nisbi-borc borc-portfeli avrobondlar Asiya-İnkişaf-Bankı Dünya-Bankı valyuta-tərkibi ABŞ-dolları avro XBH yapon-yeni strateji-valyuta-ehtiyatları borc-ödəmə-müddəti orta-ödəmə-müddəti icraçı-qurumlar çoxtərəfli-maliyyə-institutları ikitrəfli-kreditlər daxili-borc borc-azalması borc-göstəriciləri borc-proqnozu borc-portfelinin-payı borc-statistikası borc-məlumatları borc-göstəriciləri borc-analizi
04.02.2026 09:59

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18