Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib.

28 yanvar 2026-cı il tarixində “Four Seasons” otelində keçirilən tədbirdə Bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev qeyd edib ki, təşəbbüs maliyyə dayanıqlığının daha da gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır.

Cavid Quliyev bildirib ki, səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Bank üçün növbəti strateji inkişaf mərhələsidir: “IPO prosesinə qoşulan ilk özəl Bank məhz “PAŞA Bank”dır. “Paylaşdıqca, böyüyürük. Birlikdə.” şüarı ilə keçirilən səhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı və investorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutu kimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5 faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdən ibarətdir.”

O, qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlı maliyyə tərəfdaşı olub və bu missiyanı uğurla davam etdirir.

“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhm bazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına, xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfə verməmiz üçün yeni fürsətlər yaradır,” – deyə, Bankın baş icraçı direktoru vurğulayıb.

Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri təqdim edir. Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafına dəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarını qarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdir. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədə də xidmət göstərir.

Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən müxtəlif mükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı” və “World’s Best Private Banks 2025” kimi titullarla təltif olunub. 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

İş elanları AzVak.az-da

PAŞA Bank IPO PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifi PAŞA Bank IPO 2026 IPO Azərbaycan özəl bank IPO PAŞA Bank səhmləri PAŞA Bank kapital bazarı Azərbaycan kapital bazarı bank sektorunda IPO PAŞA Bank investorlar üçün adi adlı səhmlər IPO səhmlərinin yerləşdirilməsi PAŞA Bank mətbuat konfransı Cavid Quliyev PAŞA Bank korporativ bankçılıq Azərbaycan qeyri-neft sektorunun maliyyələşdirilməsi real sektorun maliyyə tərəfdaşı KOB maliyyələşdirilməsi investisiya bankçılığı Azərbaycan PAŞA Bank Gürcüstan Türkiyə bank sektorunda şəffaflıq uzunmüddətli investisiya səhm bazarı Azərbaycan maliyyə dayanıqlığı banklar beynəlxalq mükafatlı bank Euromoney mükafatı Global Finance bank mükafatı Stevie Awards Gold Stevie World’s Best Private Banks 2025
28.01.2026 17:46

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18