Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
"HSBC Securities (USA) Inc." yayımladığı yeni hesabatında qızıl qiymətləri üzrə proqnozlarını yuxarı istiqamətdə yenidən nəzərdən keçirib. Bank, qızılın bir unsiyasının 2026-cı ilin birinci yarısında 5000 ABŞ dolları səviyyəsinə çata biləcəyini proqnozlaşdırır.Qlobal maliyyə institutlarından biri olan HSBC qızıl bazarına dair qarşıdakı dövr üzrə gözləntiləri əks etdirən “Gold Outlook” hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, hesabatda geosiyasi risklər və makroiqtisadi göstəricilər fonunda qızılın unsiya qiymətinə dair proqnozların əhəmiyyətli dərəcədə artırıldığı qeyd olunub.
Bank qızıl üçün uzunmüddətli proqnozlarını aşağıdakı kimi yeniləyib:
2026: Orta qiymət gözləntisi 4587 ABŞ dolları olaraq müəyyən edilib, ilin birinci yarısında 5000 ABŞ dolları həddinin sınaqdan keçirilə biləcəyi qeyd edilib.
2027: Daha əvvəl 3 950 ABŞ dolları olan proqnoz 4 625 ABŞ dolları səviyyəsinə yüksəldilib.
2028: 3630 ABŞ dolları səviyyəsində olan gözlənti 4 700 ABŞ dollarına yenilənib.
2029: İlkin proqnoz 4 775 ABŞ dolları olaraq açıqlanıb.
HSBC analitikləri yüksəliş proqnozları ilə yanaşı bazardakı mümkün risklərə də diqqət çəkiblər. Hesabatda rekord səviyyələrə çatan qiymətlərin zərgərlik məmulatları və sikkə tələbi üzərində təzyiq yaratdığı barədə xəbərdarlıq edilib.
Bundan əlavə, 2026–2027-ci illər dövründə mədən hasilatında gözlənilən artım və ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimi dövrünü başa çatdırmasının 2026-cı ilin ikinci yarısından etibarən "rallinin" sürətini zəiflədə biləcəyi proqnozlaşdırılır. Bank, bazarın qarşıdakı dövrdə yüksək volatillik (oynaqlıq) və geniş qiymət diapazonunda hərəkət edəcəyini gözləyir.
Qeyd edək ki, bu gün qlobal birjalarda qızılın unsiyasının qiyməti 4900 dolları keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)














