Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
(®) Unibank kiçik sahibkarlığın inkişafını dəstəkləmək, onların böyümə planlarına təkan vermək məqsədilə mikro kreditlər üzrə yeni güzəşt kampaniyası keçirir.
Fevralın 28-dək davam edəcək kampaniya, sahibkarlara daha əlçatan və müxtəlif seçim imkanları verən sərfəli maliyyə fürsətləri yaradır.
Kampaniya çərçivəsində sahibkarlar öz bizneslərinin ehtiyaclarına uyğun güzəşt variantını seçmək imkanı əldə edirlər. Kampaniyanın şərtləri sahibkara həm faiz yükünü, həm də komissiya xərclərini azaltmaq imkanı verir. Seçimlər içərisində 0 % komissiyadan, kreditin illik faiz dərəcəsinə 5 %-dək endirimlər mövcuddur. Kampaniya 50 000 AZN-dək girovsuz mikro kreditləri əhatə edir.
2026-cı ildə biznesini daha da böyütmək istəyən mikro sahibkarlar bu fürsətdən faydalana bilərlər.
Sahibkarlar “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Sədərək”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan”, “Beyləqan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud rəsmi sosial media hesablarından (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























