Digital Bolkart və yeni tərzi qarşılayın - Bank of Baku-dan ikiqat yenilik!
(®) Ölkənin seçilən banklarından olan Bank of Baku rəqəmsallaşma yolunda növbəti addımlarını atıb.
Bank of Baku Bolkartın rəqəmsal versiyası - Digital Bolkart-ı da müştərilərin istifadəsinə verib. Eyni zamanda, Bolkart artıq yenilənmiş loqo və kart dizaynı ilə müştərilərin sevimlisi olmağa davam edəcək.
Yeni dizaynda Bank of Baku-nun korporativ rənglərinə əsaslanan daha modern və parlaq tonlara üstünlük verilib. Daha dərin mavi rəng palitrası, minimalist xətt elementləri və yeni loqo Bolkart brendinin etibarlılıq, səmərəlilik və rahatlıq dəyərlərini vizual olaraq gücləndirir.
Bankın Bolkart-la bağlı etdiyi əsas yeniliklərdən biri isə Bolkart-ın rəqəmsal versiyasının müştərilərə təqdim olunması oldu.
DİGİTAL BOLKART artıq Dostbank-da!
Belə ki, indi müştərilər bankın Dostbank tətbiqi vasitəsilə Digital Bolkart debeti qısa zamanda sifariş edə və kartın bol imkanlarından faydalana bilərlər.
• Kart qalığına gündəlik əsasda İLLİK 9%-dək GƏLİR (yalnız AZN üçün);
• KARTDAN KARTA KOMİSSİYASIZ KÖÇÜRMƏ – aylıq 2000 AZN-dək komissiyasız;
• NFC texnologiyası ilə təchiz edilmiş bankomatlarda RAHAT NAĞDLAŞDIRMA;
• BOL KEŞBEK – hər ay Dostbank-da 3 keşbek kateqoriyası seçilməlidir.
Müştərilər Digital Bolkart-da kart qalığının 100-1000 AZN-dək hissəsinə 9 %, 1000 AZN-dən yuxarı hissəsinə isə 5 % gəlir qazanacaq. Gəlirlər gündəlik olaraq kart balansına yüklənəcək.
Qeyd edək ki, Digital Bolkart-ı 3 valyutada – AZN, USD, EUR olaraq ödənişsiz sifariş etmək mümkündür. Bir müştəri hər valyutadan 1 ədəd olmaqla ümumilikdə 3 Digital Bolkart sahibi ola bilər. Sözügedən kartın istifadə müddəti isə 60 aydır.
Bank of Baku müştəriyönümlü xidmət və məhsullarını innovasiya ilə birləşdirərək maliyyə xidmətlərini daha müasir, rahat və əlçatan hala gətirməyə davam edir.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)











.jpg)

