ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 203 faiz artıb
ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 faizdən çox artıbAZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci il ərzində 9 milyon 85 min 935 ton yük daşınıb.
ASCO-nun yaydığı məlumatda bildirilri ki, bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım deməkdir.
Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4 milyon 216 min 243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 milyon 310 min 46 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 min 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika ) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 min 71 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22 min 30 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 faiz artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)

















.jpg)
