970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı  ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

İSB-nin yaydığı məlumatda bildirilir ki, ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib. 

Reklam_3_11

Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib:

• İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi,

• Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması,

• Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası. 

ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə uyğun, ardıcıl və ölçülə bilən şəkildə idarə olunmasını təmin edən beynəlxalq keyfiyyət idarəetmə çərçivəsidir. Bu standart proses yanaşmasının tətbiqini, risklərin və imkanların müəyyən edilməsini, ölçmə və davamlı təkmilləşdirməni təşviq edir. ISO 9001-in tətbiqi nəticəsində təşkilatın idarəetmə səviyyəsi yüksəlir, daxili proseslər optimallaşdırılır və maraqlı tərəflərin məmnunluğu təmin olunur

ISO/IEC 27001:2022 standartı isə  informasiya resurslarının  məxfiliyinin, bütövlüyünün və əlçatanlığının qorunmasını təmin etmək məqsədilə riskəsaslı yanaşma üzərində qurulmuş beynəlxalq informasiya təhlükəsizliyi idarəetmə sistemidir. Standart informasiya təhlükəsizliyi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və uyğun nəzarət mexanizmlərinin tətbiqini tələb edir. ISO/IEC 27001-in tətbiqi kibertəhlükələrə qarşı davamlılığın artırılmasına, məlumatların qorunmasına və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsinə imkan yaradır.

Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunur. İcbari Sığorta Bürosunda ISO beynəlxalq standartlarınının tətbiqi “2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası”ndan irəli gələn əsas vəzifələrdən biridir. Büro beynəlxalq standartların tətbiqi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.

İcbari Sığorta Bürosu ISO sertifikatları ISO 9001:2015 ISO/IEC 27001:2022 beynəlxalq standartlar keyfiyyət idarəetmə sistemi informasiya təhlükəsizliyi idarəetmə sistemi sığorta sektoru rəqəmsal platforma kompensasiya və subroqasiya idarəetməsi Qarantiya fondu Yaşıl Kart sığortası Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi proseslərin optimallaşdırılması müştəri məmnunluğu riskəsaslı yanaşma kibertəhlükəsizlik tədbirləri məlumatların qorunması tənzimləyici uyğunluq sığorta sektorunun inkişaf strategiyası 2025-2027 ISO beynəlxalq tətbiqi İcbari Sığorta Bürosu audit Marja.az sığorta xəbərləri
07.01.2026 11:09

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18