970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb

AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və Qırğızıstanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Avasbek Kerimbayev arasında görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, həmçinin idxal-ixrac əməliyyatlarının genişləndirilməsi və AZPROMO və Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəliyinin palata ilə yeni əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı investisiyaların cəlb edilməsinin və ikitərəfli ticarət dövriyyəsinin artırılmasının, eləcə də biznes missiyalarının mütəmadi təşkilinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, yeni layihələrin müəyyənləşdirilməsi və iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə Ticarət Nümayəndəliyi və palata arasında dekabr ayında Bişkekdə görüşün keçirilməsi nəzərdə tutulur.

Müzakirələr zamanı Azərbaycan tərəfinin iştirakı ilə İssık-Kul gölü sahilində inşa edilən hotel layihəsinin artıq tamamlanma mərhələsində olduğu və obyektin 2026-cı ilin may ayında istifadəyə verilməsinin planlaşdırıldığı bildirilib. Hotelin açılışı çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumunun təşkil olunması perspektivi də nəzərdən keçirilib.

Görüşün yekununda AZPROMO və Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb.

AZPROMO YusifAbdullayev QırğızıstanTicarətvəSənayePalatası AvasbekKerimbayev MərkəziAsiyaTicarətNümayəndəliyi SəmədHəsənov AzərbaycanQırğızıstanİqtisad əlaqələri idxalixracəməliyyatları ikitərəfliticarət dövriyyəninartırılması qarşılıqlıyatırımarı cəlbetmə işgüzardairələr işgüzarəlqələr AZPROMOəməkdaşlıq Bişkekgörüşü dekabrgörüşü İssıkKulhotellayihəsi hotel2026may açılışplanı QırğızıstanAzərbaycanbiznesforumu İşgüzarŞurayaratılması memorandumimzalanması
10.12.2025 23:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18