Dövlət büdcəsində 4,2 milyard manat artıqlıq yaranıb
2025-ci ilin 11 ayında (yanvar-noyabr) dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri 31 milyard 414,7 milyon manat təşkil edib.2025-ci ilin 11 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526,0 milyon manat və ya 6,1 faiz üstələyib.
Eyni dövrdə dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 41,6 milyon manat təşkil edərək proqnozdan 10,2 milyon manat və ya 32,5 faiz çox, Dövlət Neft Fondundan transfert isə 13 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 752,2 milyon manat təşkil edərək proqnoza qarşı 96,6 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 592,3 milyon manat təşkil edərək proqnoza qarşı 72,7 faiz, sair daxilolmalar isə 654,7 milyon manat təşkil edərək proqnoza qarşı 99,1 faiz icra olunub.
2025-ci ilin 11 ayı ərzində icmal büdcənin xərcləri 36 milyard 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 397,6 milyon manat və ya 3,9 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur.
Cari ilin 11 ayı ərzində dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri 31 milyard 414,7 milyon manat təşkil etdiyindən4 milyard 210,9 milyon manat porofisit (büdcə artıqlığı) yaranıb.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
























