"Dəmirçi Plaza" olayı ofis və hotellərin təhlükəsizliyini gündəmə gətirir
Daxili İşlər Nazirliyi yanvarın 7-də Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.
Xətai rayon Polis İdarəsi 37-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.
Qətl bir sıra xarici və yerli təşkilatların fəaliyyət göstərdiyi bir mərkəzdə törədilib. Bu cür binaların xüsusi mühafizə-təhlükəsizlik sistemi ilə təmin edilməli olduğu halda hadisənin necə baş verdiyi bir sıra suallar yaradır. Qətl hadisəsini törədən şəxs həmin binaya odlu silahla necə keçib və binanın təhlükəsizlik xidmətindən necə yayınıb?
Belə bina və obyektlərin təhlükəsizliyinin hansı şəlkildə təmin edilməsi ilə bağlı açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev xatırladır ki, oxşar hadisə 2015-ci ildə "Avropa" hotelində də baş vermişdi:
"Hotellər fəaliyyətinə görə iki hissəyə bölünür - sırf istirahət üçün nəzərdə tutulan hotellər və biznes məqsədlərlə və müxtəlif tədbirlərin keçirilməsi üçün də istifadə olunan hotellər. Özəl şirkətlər yerləşdikləri hotellə müqavilə bağlayır və həmin müqavilə əsasında təhlükəsizliyi təmin edilir. Həmin şirkətlərin əməkdaşları barədə məlumatlar hotelin bazasında yerləşdirilir. İstirahət hotelləri isə həm korporativ müştərilərə, həm də digər qonaqlara xidmət göstərir. Əsas hotellər həm daxili təhlükəsizlik xidmətinin, həm də Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir. Bu cür hotellərdə xüsusi tədbirlər olanda, mühafizəyə əlavə təhlükəsizlik qüvvələri də cəlb edilir. Hotellərə müştəri daxil olarkən qeydiyyata alınır, avtomobillər parklanmaya yoxlanılaraq buraxılır. Bundan başqa, müştəri hotelə daxil olarkən yükü xüsusi detektorlarla yoxlanılır".
E.Nurəliyev deyir ki, hotellərdə baş verən cinayət hadisələrini birbaşa mühafizə xidmətinin fəaliyyətsizliyi ilə əlaqələndirmək doğru olmaz: "Təbii ki, hotelin mühafizə xidməti daha diqqətli olsa, girişdə metal detektorlarla yoxlanılsa, baş verən son hadisə kimi halların qarşısını almaq olar".
"Qafqaz Baku city" hotelinin Təhlükəsizlik və əməyin mühafizəsi şöbəsinin rəhbəri Taleh Abdullayev isə bildirib ki, Azərbaycanda hotellərə daxil olan müştərilərin xüsusi detektorlarla yoxlanılması prosesi həyata keçirilmir:
"Bəzi xarici ölkələrdə bu məsələ aktualdır. Hotelə daxil olan müştərilərin hamısı xüsusi detektorlarla yoxlanıldıqdan sonra girişə icazə verilir. Bizdə isə bu proses heç bir hoteldə tətbiq edilməyib. Xüsusi dövlət tədbirləri olanda qonaqlar yoxlanılır, təhlükəsizlik gücləndirilir. Amma adi hallarda hotelə daxil olan şəxsi detektorlarla yoxlamağa icazə verilmir".
T.Abdullayev bildirib ki, hotellərdə müştərilərin yoxlanılması vacibdir: "Çox istərdik ki, bu məsələ qanunvericiliklə tənzimlənsin. Hotellərin girişində yoxlanış detektorlarının quraşdırılması vacibdir. Çünki heç bir hotel belə hadisələrdən sığortalanmayıb".
Hotel əməkdaşı bildirir ki, təmsil etdiyi obyektin girişlərində və hər mərtəbədə təhlükəsizlik postları qurulub: "Təhlükəsizlik əməkdaşları xüsusi ratsiyalarla təmin edilib, hoteldə nəzarət-müşahidə kameraları quraşdırılıb".
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























