Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
(®) Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniya keçirir.
Belə ki, 27 noyabrdan 5 dekabradək Bank tərəfindən Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarının əldə olunması üçün tələb olunan birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil məbləğinə 60 % endirim tətbiq edilir.
Premium seqmentə aid bu kartlar sahibinə dünyanın istənilən nöqtəsində yüksək xidmət səviyyəsi, səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi xidmətlər aiddir.
Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilərlər. https://cardorder.xalqbank.az/?card=9 Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.
Eyni zamanda, Xalq Bankın yeni və cari əmanət müştəriləri 5 dekabradək MC Black Edition və Visa Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 70 % endirimlə əldə edə bilərlər. Xatırladaq ki, Xalq Bankda 30 dekabradək davam edən əmanət kampaniyasından yararlanaraq daha çox gəlir əldə etmək mümkündür:
“Müddətli” AZN əmanəti üzrə illik faizlər – 3 ay - 8.5 %, 6 ay - 10.5 %, 12 ay - 11 %, 18 ay – 11 %, 24 ay - 11 %. Minimal məbləğ - 100 AZN,
“Proqress” AZN əmanəti üzrə illik faizlər - 12 ay – 10.75 %, 24 ay – 11 %. Depozit məbləğinin artırılması imkanı ilə, minimal məbləğ - 100 AZN.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 1 saat sonra
-
-
23 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir
-
29 d. əvvəl
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Avrozonada 2023-cü ildən bəri ilk dəfə faiz artırılıb
Ən çox oxunanlar
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















