970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır

Həftədə Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkəndə 7 reys, Barselona, London və Ər-Riyada 4 reys həyata keçiriləcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin tezliyini artırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) 2025-ci ilin qış uçuş cədvəlini genişləndirərək London, Barselona, Milan, Male və digər şəhərlər də daxil olmaqla 20-dən çox beynəlxalq istiqamət üzrə reyslərin sayını artırıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Marja.az-a verilən məlumata görə, yenilənmiş qrafikə əsasən, AZAL 2025-ci ilin oktyabr ayının sonundan etibarən Avropa, Yaxın Şərq və Asiyanın əsas marşrutlarında fəaliyyətini daha da gücləndirib.

2024-cü ilin qış mövsümü ilə müqayisədə 2025-ci ilin qış cədvəlində reyslərin tezliyi aşağıdakı kimi artırılıb:

– Milan, Mumbay, Nyu-Dehli, Kişineu və Daşkənd – hər istiqamət üzrə həftədə 7 reys (ötən il bu istiqamətlər üzrə 3–5 reys olub);

– Almatı, Ciddə və Astana – hər biri üzrə həftədə 5 reys (daha əvvəl bu marşrut üzrə 2–4 reys yerinə yetirilirdi);

– Barselona, London (Qetvik hava limanı) və Ər-Riyad – hər istiqamət üzrə həftədə 4 reys (ötən il 3 reysədək həyata keçirilirdi);

– Bişkek, Düşənbə, Male və Pekin – hər istiqamət üzrə həftədə 3 reys (daha əvvəl bu marşrut üzrə 2 reys icra olunurdu);

– Səmərqənd və Ürgənc – hər biri üzrə həftədə 2 reys (ötən il bu istiqamətlər üzrə uçuşlar yerinə yetirilmirdi).

Qeyd edilib ki, yeni cədvəl AZAL-ın dəyişən bazar tələblərinə çevik uyğunlaşan strategiyasını və Azərbaycanın Avropa ilə Asiyanın qovşağında mühüm nəqliyyat və turizm mərkəzi kimi mövqeyini gücləndirmək məqsədini əks etdirir. Reyslərin tezliyinin artırılması Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə transfer istiqamətlərin genişlənməsi, eyni zamanda Bakı hava limanını Qərb və Şərq arasında aparıcı nəqliyyat mərkəzi kimi seçən sərnişinlər üçün əlavə imkanlar yaradır.

Daha çevik uçuş cədvəli səyahət rahatlığını artırır: əlaqəli reyslər optimallaşdırılıb, uçuş və eniş vaxtları sərnişin rahatlığına uyğunlaşdırılıb. AZAL həm istirahət, həm də işgüzar səfərlər üçün üstünlük verilən istiqamətləri inkişaf etdirməyə davam edir və müasir təyyarə parkı ilə rəqabətədavamlı xidmətlər təklif edir.

AZAL Azərbaycan Hava Yolları AZAL qış uçuş cədvəli 2025 AZAL yeni reyslər AZAL uçuş tezliyi AZAL beynəlxalq reyslər London uçuşları Barselona uçuşları Milan uçuşları Male uçuşları Mumbay reysləri Nyu-Dehli reysləri Kişineu uçuşları Daşkənd uçuşları Almatı reysləri Ciddə uçuşları Astana uçuşları Ər-Riyad reysləri Pekin uçuşları Düşənbə reysləri Bişkek uçuşları Səmərqənd uçuşları Ürgənc uçuşları Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı hava limanı Bakıdan Avropaya uçuşlar Bakıdan Asiyaya uçuşlar AZAL transfer imkanları Azərbaycan turizm mərkəzi modern təyyarə parkı səyahət rahatlığı optimallaşdırılmış uçuş cədvəli AZAL xəbərləri AZCON Holding.
18.11.2025 09:58
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18