970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər.

Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə heyəti ilə dəyirmi masa formatında görüşü baş tutub.

Qonaqları səmimi qəlbdən salamlayan VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov rəhbərlik etdiyi şirkətin dünyanın nüfuzlu banklarından biri olan AİB ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib və gələcəkdə də bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını vurğulayıb.

A.Talıbov həmçinin VŞQ-nin fəaliyyət göstərdiyi 31 il ərzində əldə etdiyi uğurlardan, ölkə iqtisadiyyatına verdiyi töhfələrdən və gələcək perspektivlərdən qonaqlara qısa məlumat verib. O, rəhbərlik etdiyi şirkətin yerli fermerlərlə sıx əməkdaşlıq etdiyini və onların inkişafına xüsusi önəm verdiyini qeyd edib. A.Talıbov bildirib ki, “Veysəloğlu” insan kapitalının inkişafına da xüsusi diqqət ayırır və hər il 3 minə yaxın yeni iş yeri açmağa müvəffəq olur.

Daha sonra VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev Şirkətlər Qrupunun nailiyyətləri, real göstəriciləri və gələcək planları ilə bağlı ətraflı təqdimatı qonaqların diqqətinə çatdırıb.

AİB prezidenti Masato Kanda səmimi qəbula görə təşəkkürünü bildirib və şirkətlə bağlı təqdimatdan razı qaldığını vurğulayıb. O, həmçinin qeyd edib ki, Azərbaycan Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirir: “Ölkədə yeni nəqliyyat dəhlizlərinin inkişafı, bərpa olunan enerji layihələrinin sürətləndirilməsi və iqtisadi diversifikasiya istiqamətində görülən işlər artım, ticarət və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

AİB rəhbəri əlavə edib ki, onlar Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdırlar.

Logistik Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə qonaqlar üçün infotur təşkil edilib. Məhəmmədi Logistika Mərkəzin rəhbəri Anar Adilzadə AİB nümayəndə heyətinə geniş təqdimat verdikdən sonra tədbirdə iştirak edən yerli fermerlər Masato Kandaya VŞQ və ona daxil olan bizneslərlə səmərəli əməkdaşlıqdan məmnun olduqlarını ayrıca ifadə ediblər.

Tədbirin sonunda xatirə fotoları çəkdirilib və VŞQ-nin təsisçisi, baş icraçı direktoru Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.

Xatırladaq ki, Masato Kanda Azərbaycana etdiyi səfərlə bağlı yekun videohesabatında ölkəmizdə keçirdiyi mühüm görüşlərlə yanaşı, VŞQ ilə baş tutan təmasa da vurğu edib və bununla bağlı fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşıb.

Qeyd edək ki, 2024-cü ildə Asiya İnkişaf Bankı və Veysəloğlu Şirkətlər Qrupunun “Araz” supermarketlər şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.

Asiya İnkişaf Bankı AİB Masato Kanda Veysəloğlu Şirkətlər Qrupu VŞQ Məhəmmədi Logistika Mərkəzi logistika mərkəzi AİB nümayəndə heyəti Aydın Talıbov VŞQ rəhbərliyi yerli fermerlərlə əməkdaşlıq insan kapitalı yeni iş yerləri logistika infrastrukturu Cənubi Qafqaz logistika Araz supermarket kənd təsərrüfatı dəstəyi ərzaq təhlükəsizliyi layihəsi AİB kredit sazişi 10.5 milyon dollar investisiya iqtisadi diversifikasiya nəqliyyat dəhlizləri bərpa olunan enerji layihələri regional əməkdaşlıq Azərbaycan logistika potensialı Veysəloğlu uğurları VŞQ təqdimatı biznes əməkdaşlığı özəl sektor tərəfdaşlığı AİB infoturu Məhəmmədi logistika təqdimatı
17.11.2025 13:56
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18