Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
“AS Group”un məlumatı:
Tariximizə qızıl hərflərlə yazılan bu gün, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıq nəticəsində doğma torpaqlarımız işğaldan azad olundu. Bu zəfəri bizə bəxş edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayırıq.
“AS Group” müharibənin ilk günlərindən etibarən həm cəbhədə, həm də arxada fəal mövqe sərgiləyib. Şirkət əməkdaşları arasından 21 nəfər könüllü olaraq döyüşlərə yollanıb. Onlardan ikisi – Cəlilabad rayon sakini Rəvan Məmmədov və Yevlax şəhər sakini Yusif Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Daha iki əməkdaş – Abbas Söhrətzadə və Cavad Cavadzadə müxtəlif istiqamətlərdə gedən döyüşlərdə yaralanaraq qazi adına layiq görülüb. Bir neçə əməkdaş isə döyüşlərdə göstərdiyi igidliyə görə dövlət mükafatları ilə təltif edilib.
“AS Group” Füzuli, Hadrut və Zəngilan istiqamətlərində yerləşən hərbi hissələrə isti geyim, qida və generatorlar çatdırıb, “Əsgərimə qanım fəda!” adlı qanvermə aksiyası təşkil edib. Şirkət şəhid və qazilərin ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna 150 min manat, “Qarabağ Dirçəliş Fondu”na isə 300 min manat ianə edib. “AS Group” üçün Vətən müharibəsi iştirakçılarının sosial rifahı daim diqqət mərkəzindədir. Bu məqsədlə 2021-ci ildə şəhid çavuş Niyazi İsgəndərovun ailəsinə Mingəçevirdəki “Park Residence”, şəhid polkovnik-leytenant Mehman Qənbərovun ailəsinə isə Bakıda yerləşən “Göl-Park” yaşayış kompleksindən tam təmirli mənzillər təqdim olunub. 2022-ci ildə isə qazi Amin Musayevə Bakıdakı “Göl-Park” yaşayış kompleksindən mənzil hədiyyə edilib.
“AS Group” şəhid və qazilərin ailələrinə sosial dəstək ənənəsini mütəmadi şəkildə davam etdirir. Bu təşəbbüs ilk dəfə Vətən müharibəsindən sonrakı ilk Qurban bayramında başlanıb. Həmin vaxt “AS Group” Beyləqan və Cəlilabad rayonlarından olan 100 şəhid ailəsini ziyarət edib, onlara bayram payları çatdırıb. Sonrakı illərdə bu təşəbbüs Novruz, Ramazan və Yeni il bayramları ərəfəsində də davam etdirilib.
“AS Group” yalnız sosial layihələrlə deyil, Qarabağın yenidən qurulması prosesində də fəal iştirakından qürur duyur. Şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Azərbaycanın ilk “Ağıllı kənd” layihəsini inşa edib. Ekoloji baxımdan əlverişli olan “yaşıl texnologiyaların” tətbiqi ilə həyata keçirilən bu layihə çərçivəsində 200 fərdi ev, 4 inzibati bina və müxtəlif xidmət obyektləri tikilib. 2022-ci il mayın 27-də layihənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
“AS İnşaat” MMC tərəfindən inşasına 2024-cü ildə başlanılan Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsi və Məmmədbəyli kəndlərinin tikintisi 2025-ci ildə tamamlanıb. Bu mərhələdə Ağalı kəndində 103 ev, iki inzibati bina və 5 zolaqlı park, Məmmədbəyli kəndində isə 188 ev istifadəyə verilib. Oktyabrın 28-də açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sakinlərə evlərinin açarlarını təqdim edib.
“AS Group” bölgənin iqtisadi dirçəlişinə də töhfə verməkdən qürur duyur. Şirkətin Qarabağda reallaşdırdığı sonuncu layihələrdən biri Ağdam Sənaye Parkında yerləşən “AS İstehsal Qarabağ” MMC-yə məxsus Xırdaqəlibli Beton Məmulatları zavodudur. 2025-ci ilin mayında istifadəyə verilən bu müəssisə bölgənin sənaye potensialının gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından strateji əhəmiyyət daşıyır.
8 Noyabr — Zəfər Günü azadlığımızın, birliyimizin və milli qürurumuzun rəmzidir. “AS Group” olaraq bu böyük Zəfərin sevincini xalqımızla birlikdə yaşayır, Qarabağın dirçəlişi və qəhrəmanlarımızın ailələrinə dəstəyin davam etdirilməsi yolunda Azərbaycan dövlətinin və xalqının yanında olmaqdan qürur duyuruq.
Zəfərimiz mübarək!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















