Trendyol ilin ən böyük endirim kampaniyasına başlayır: NOYABR20 koduna 20% endirim
(®) Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin əsas e-ticarət platforması Trendyol ilin ən böyük endirim kampaniyasına başlayır. Hər il noyabr ayında keçirilən “Super alış-veriş günləri” bu il 6-11 noyabr tarixlərini əhatə edəcək.
Kampaniya məişət cihazlarından ev və mətbəx əşyalarına, moda və geyimdən baxım məhsullarına qədər 1500-dən artıq kateqoriyaya daxil olan məhsullara böyük endirimlər təqdim edir.
‘’Super alış-veriş günləri” çərçivəsində müştərilər NOYABR20 kodu ilə 20% endirimdən yararlana bilərlər.
Üstəlik, müxtəlif mağazalar kampaniya günlərində xüsusi endirimlər, eləcə də 20%, 30% və 40%-lik endirim kuponları təqdim edir. Kampaniya alış-veriş səbətinə tətbiq edilən özəl endirimlərlə də alış-veriş həvəskarlarını sevindirəcək.
Noyabrı onlayn alış-veriş həvəskarları üçün unudulmaz edən “Trendyol”un fürsətləri bununla bitmir. “Ultra Çarx” və “Paylaş-Qazan” adlı interaktiv aksiyalar noyabr kampaniyasında müştərilərə əlavə kuponlar və bonuslar qazandırmağa davam edəcək.
Kampaniya dövründə Trendyol istifadəçiləri daha rahat ödəmə üsullarından yararlana biləcəklər. “Birbank” taksit kartı sahibi olan müştərilər ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya “İndi al, sonra ödə” imkanından istifadə etməklə həyata keçirə bilərlər.
Bununla yanaşı, kampaniya günlərində ilk 3 sifariş üçün çatdırılma pulsuz olacaq.
Kampaniyanın reklam üzü Türkiyənin sevilən pop ulduzu Edisdir.
Trendyol bu endirim festivalını “Noyabr deyəndə Trendyol” şüarı ilə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat əvvəl
-
-
13 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
14 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - YENİ 7 ÜZV
-
15 saat əvvəl
Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
-
15 saat əvvəl
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
-
15 saat əvvəl
Neftin qiyməti son 1,5 ilin ən yüksək səviyyəsində - 9 %-DƏN ÇOX BAHALAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə illik 15%-lə 1 milyon manat pul lazımdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
Mərkəzi Bank: “Fizza Pay”ın vəzifəli şəxsi məsuliyyətə cəlb olunub
Məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
"Rusiya qazından asılılığımızı azaltdığımız dövrdə Azərbaycanla tərəfdaşlığımızın vacibliyi yalnız artacaq"


























