Sığorta haqları 13%, sığorta ödənişləri 23% artıb
2025-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta haqları 133 milyon 547 min manat, sığorta ödənişləri isə 130 milyon 150 min manat artıb.2025-ci ilin yanvar-sentyabr ayları ərzində (cari ilin 9 ayında) Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 157 milyon 254 min manat sığorta haqları hesablanıb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Hesablanmış sığorta haqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 133 milyon 547 min manat və ya 13% çoxdur. 2024-cü ilin 9 ayında sığorta şirkətləri tərəfindən 1 milyard 23 milyon 707 min manat sığorta haqları hesablanmışdı.
Cari ilin 9 ayı ərzində sığorta ödənişləri isə 130 milyon 150 min manat və ya 23,5% artaraq 683 milyon 896 min manat təşkil edib. Ötən ilin 9 ayında sığorta ödənişləri 553 milyon 746 min manat təşkil etmişdi.
Beləliklə, sığorta bazarında xalis artım 3 milyon 397 min manat olub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Sığortaçılar üzrə, 2025-ci ilin yanvar-sentyabr ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri, min manatla
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 4 d. əvvəl
-
-
9 d. əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
14 d. əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
4 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
AccessBank-da kart əməliyyatları bərpa olundu
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb































