“Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır”
“Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir”.
Bu aşıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib.
Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var:
“Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır”.
Bayandur Rzayev bildirib ki, 2023-cü ilədək ölkə ərazisində dabağın 3 tipinə qarşı profilaktik peyvəndləmələr aparılırdı:
“2023-cü ildən sonra isə peyvənd proqramına 4-cü tip əlavə olunub. Hal-hazırda isə müvafiq araşdırmalar aparılır. Ehtiyac yarandığı təqdirdə 5-ci tip də əlavə edilə bilər. Heyvan xəstəliklərinə qarşı peyvəndləmə və dezinfeksiya işləri mütəmadi aparılır, bu işlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqəli şəkildə kommunikasiya edilir və müvafiq tədbirlər birlikdə həyata keçirilir”.
Şöbə müdirinin sözlərinə görə, dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır: “Bu ehtimal demək olar ki, yoxdur. “Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı sıfıra bərabərdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)








