"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır
"Yeni qanun imkan verir ki, özəl sektor bazara daxil olsun, qazanxanaları idarə etsin""Azəristiliktəchizat" ASC Asiya İnkişaf Bankı (ADB) ilə birgə gələcək inkişaf strategiyası üzərində işləyir.
Bunu müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, hazırda "Azəristiliktəchizat" gələcək inkişaf strategiyası üzərində işləyir və bu işlər ADB ilə əməkdaşlıq çərçivəsində aparılır: "Bankın texniki tapşırığının əsas bəndlərindən biri qurumun korporativ inkişaf strategiyasının hazırlanmasıdır. Bu strategiya çərçivəsində Səhmdar Cəmiyyətin texniki performansı, bazar analizi və tarif strukturu qiymətləndiriləcək; korporativ diaqnostika, maliyyə modelləri və gələcək maliyyə proqnozları hazırlanacaq; dövlət subsidiyalarının mərhələli azaldılması üzrə icra planı işlənəcək".
Sədr qeyd edib ki, bundan irəli gələrək yeni tarif metodologiyasının hazırlanması nəzərdə tutulur: "Bunun üçün sayğaclara keçid, kalorimetrlə hesablaşma və xərclərin optimallaşdırılması nəzərdə tutulur. Xüsusi qeyd edirəm ki, tariflərin optimallaşdırılması deyəndə bu tarifin artımı anlamına gəlməli deyil, məqsəd xərclərin azaldırlması və xidmətin səmərəliliyinin artırılmasıdır. Yeni inkişaf strategiyası çərçivəsində binaların sayğaclaşdırılması və tələbat əsasında hesablaşma modelinə keçid nəzərdə tutulur. Bununla yanaşı, binadaxili istilik infrastrukturu və mülkiyyətçi öhdəliklərinin müəyyənləşdirilməsi; dövlət-özəl tərəfdaşlıqları çərçivəsində bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi planlaşdırılır".
İ. Mirzəliyev bildirib ki, uzunmüddətli perspektivdə məqsəd "Azəristiliktəchizat"ı dövlət subsidiyalarına asılı olmayan, öz gəlirləri ilə fəaliyyət göstərən, yüksək keyfiyyətli istilik təchizatı və servis xidməti göstərən, müasir avadanlıqlara və peşəkar mütəxəssislərə malik təsərrüfat kimi formalaşdırmaqdır: "Eyni zamanda, qurum inhisarçı rolunu azaldır. Bəli, qanunvericiliklə "Azəristiliktəchizat" bu gün təbii inhisar subyekti sayılır. Ancaq nəzərə alsaq ki, insanların artıq digər alternativlərdən istifadə etmə imkanları var, istilik təchizatı bazarına digər özəl oyunçuların daxil olma imkanları da mövcuddur. Yeni qanun imkan verir ki, özəl sektor bazara daxil olsun, qazanxanaları idarə etsin və ya yeni qazanxana tikib xidmət göstərsin. İstehsal, ötürmə-paylama və satış funksiyaları ayrılaraq bazar modeli modernləşdirilə bilər. Bu, "Azəristiliktəchizat"ın tək olmadığını və bazarda rəqabətin mümkünlüyünü göstərir".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 saat əvvəl
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
14 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 15 saat əvvəl
-
16 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
17 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)







