BonAqua gənclərə dəstəyini davam etdirir
(®) BonAqua brendinin tərəfdaşlığı ilə 30 oktyabr - 3 noyabr tarixləri arasında Azərbaycan Könüllülərinin “Zəfər 5 il” adlı könüllülər düşərgəsi keçiriləcək.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Coca-Cola şirkəti, Azərbaycan Respublikasının Gənclər Fondu, “Nar”ın tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək növbəti layihə vətənpərvərlik mövzusuna həsr olunur.
Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq düşərgə ölkənin müxtəlif bölgələrindən seçilmiş gəncləri bir araya gətirəcək. Proqram çərçivəsində vətənpərvərlik ruhunu gücləndirən fəaliyyətlər, komanda oyunları, seminarlar və motivasiya sessiyaları təşkil olunacaq.
Coca-Cola şirkətinin BonAqua brendi rəsmi tərəfdaş kimi gənclərin düşərgə müddətində sağlam və aktiv şəkildə iştirakını təmin etmək məqsədilə iştirakçıların təmiz və keyfiyyətli su ilə təminatına dəstək göstərəcək.
Qeyd edək ki, BonAqua Coca-Cola şirkətinin portfelinə daxil olan və beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal edilən təbii içməli sudur. Brend illərdir Azərbaycanda həyata keçirdiyi sosial və ekoloji layihələrlə gənclərin təşəbbüskarlığını və sağlam həyat tərzini dəstəkləməyə davam edir.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 23 d. əvvəl
-
-
24 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
35 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb







.jpg)







.jpg)






