“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA
“Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərikard” prosessinq mərkəzinin lisenziyasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası üzrə ödəniş xidmətini şirkətin öz müraciəti əsasında ləğv edib”.
Bunu mediaya açıqlamasında “Azərikard”-ın baş direktoru Fərid Quliyev bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın müvafiq lisenziyası əsasında elektron pulun emissiyası və elektron pulla ödəniş əməliyyatlarının icrası səlahiyyətlərinə malik olsa da, “Azərikard” faktiki olaraq bu istiqamətdə fəaliyyət göstərmirdi. Belə bir fəaliyyət növü şirkətin yaxın illər üzrə planlarına da daxil edilmədiyindən lisenziyadakı həmin xidmətin ləğvi üçün Mərkəzi Banka müraciət məqsədəuyğun sayılıb və bununla bağlı müsbət qərar qəbul olunub.
Fərid Quliyev vurğulayıb ki, “Azərikard” hazırda operator və ödəniş təşkilatı fəaliyyətini tam həcmdə yerinə yetirməkdədir.
“Şirkətimiz yeni strateji dövr üçün təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq əsas diqqətini B2B (korporativ) seqmentə yönəldib və bu sahədə tərəfdaşlığı genişləndirir” – baş direktor bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 37 d. əvvəl
-
58 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























