"Əsas məqsədimiz lisenziyalı təşkilatların inkişafını təmin etməkdir"
Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət prizmasında əsas məqsədi lisenziyalaşdırılmış təşkilatların inkişafını təmin etməkdir.
Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.
"Təşkilatların daxili sistemləri onların qarşısında duran çağırışlara effektiv cavab verməlidir. Bu səbəbdən biz həm klassik tərzdə mexanizmlər həyata keçiririk, həm də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda öz əksini tapan risk əsaslı nəzarət üzərində çalışırıq. Bu, müasir intellekt modelinin köməyi ilə nəzarəti daha effektiv formada həyata keçirməyə imkan verir", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi deyib ki, ölkədə kartlarla aylıq dövriyyənin dəyəri 10 milyard manata çatıb: "Bu da böyük rəqəmdir, ölkənin ümumilikdə nağdsız ödənişlərə keçidinin nümunəsidir. Eyni zamanda ani ödənişlərdən istifadədə də artımın şahidi oluruq. Milli ödəniş sistemindəki əməliyyatların 10 %-ni ani ödənişlər sisteminə keçirməyə nail olmuşuq. Bu rəqəmi daha da artırmağı düşünürük".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)




