Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
“Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır.”İnsanların pul yığa bilməməsinin əsas səbəbi şəxsi maliyyəyə sistemli yanaşmanın olmamasıdır. Bəs maliyyə sabitliyi üçün ən vacib qaydalar hansılardır? Gəlin ən vacibindən başlayaq. Yığım etmək istəyirsinizsə bu prosesinə, gəlirləriniz əsas xərcləri — kommunal xidmətlər, ərzaq, nəqliyyat və digər vacib ehtiyacları ödədikdən sonra başlamaq lazımdır. Bəs insanlar nə üçün pula qənaət edə bilmir? “Maliyyə savadlılığı” rubrikasında suallarımızı Marketinq ekspert qrupunun eksperti, "Bank Respublika" ASC-nin Marketinq Departamentinin Direktor müavini Çingiz M. Əsədov cavablandırır:
- Çingiz müəllim xoş gördük. Bu gün maliyyə savadlılığından danışacayıq. Təbii ki, maliyyə savadı olan insan gəlirindən qənaət etməyi də bacarmalıdır. Sizcə qənaət etmək çətindirmi?
- Çoxları düşünür ki, qənaət etmək çətindir, amma problem pulun azlığında yox, planın olmamasındadır. İnsan nə qədər qazanırsa-qazansın, izləmədiyi xərclər sanki su kimi axıb gedir. Biz bəzən “indi yaşamaq” adı ilə gələcəyi unuduruq, halbuki sabitlik elə bu gün atılan kiçik addımlardan başlayır. Benjamin Franklin demişdi: “Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır.” Qənaət məhrumiyyət deyil, düzgün seçim vərdişidir.
- Bəs, yığımın ən vacib qaydası hansıdır?
- Yığımın əsas qaydası çox sadə, amma həyati bir prinsipdir — “öncə özünə ödə”. Yəni gəlir əldə edən kimi bir hissəsini yığıma ayır, qalanla yaşa. Çoxları bunu tərsinə edir və artıq qalandan yığmağa çalışır, amma artıq adətən qalmır. Kiçik, amma mütəmadi yığım zamanla böyük nəticə verir. Yığmaq sadəcə pul saxlamaq deyil, gələcəyə güvən hissi yaratmaqdır. Qənaət, əslində, pulun deyil, zamanın düzgün idarəsidir — çünki hər yığılmış manat sabahın azadlığına çevrilir.
- Bəs yığımın qarşısını alan, insanlara bu işdə maneə oan amillər hansılardır? İlk növbədə impulsiv xərclər yığımın qarşısını alan əsas amillərdən biridir. Çox vaxt insanlar pul xərcləməkdə emosiyaların təsiri altına düşür, ehtiyacdan çox əhval-ruhiyyəni yaxşılaşdırmaq və ya vərdiş nəticəsində alış-veriş edirlər. Planlı və vəsaiti olan alışlar məqbuldur, lakin impulsiv xərclərin səbəbini anlamaq vacibdir. Bizimlə razısınızmı?
- Tamamilə doğrudur. Yığıma ən çox emosiyalar və bəhanələr mane olur. “Az qazanıram”, “yaşamaq lazımdır”, “hələ tezdir” kimi fikirlər bizi dayandırır. Həm də mühit də təsir edir — reklamlar, sosial şəbəkələr, başqaları ilə müqayisə bizi daha çox xərcləməyə sövq edir. Napoleon Hill demişdi: “İnsan zəngin olmağa əvvəl düşüncəsində qərar verir.” Yığımın sirri çox qazanmaqda deyil, az olanda da planlı davranmağı bacarmaqdadır.
Təbii ki, yığım prosesində şəxsi büdcə aparmaq da vacibdir. “Gözlənilməz xərclər — texnika və ya avtomobilin sıradan çıxması — həmişə mümkündür. Buna görə ‘təhlükəsizlik yastığı’ yaratmaq vacibdir. Amma çox insan gəlir və xərclərini yazmır, bu da maliyyənin idarə olunmasını çətinləşdirir. Büdcəni xüsusi tətbiqlər, Excel və ya sadə dəftər vasitəsilə aparmaq olar. Xərclərin optimallaşdırılması da maliyyə savadlılığının mühüm hissəsidir. Məhsullar arasında qiymət və keyfiyyət nisbətini müqayisə etmək, tanınmış brendə görə boşuna pul xərcləməmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
2025-ci il "Bank Respublika" üçün necə keçib? - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 5 saat əvvəl
-
6 saat əvvəl
AccessBank 2025-ci ili gəlir və aktivlər üzrə artım ilə başa vurub
-
8 saat əvvəl
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
-
8 saat əvvəl
ChatGPT-nin ana şirkəti OpenAI gəlir modeli formalaşdıra bilmir, zərəri ildən-ilə artır
-
11 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 11 saat əvvəl
-
11 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
12 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
SOCAR ilə “SICPA SA” şirkəti arasında Xidmətlər Sazişi imzalanıb
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
İlham Əliyevin Donald Tramp ilə görüşü olub - FOTOLAR
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı






















