"Əlavə xarici borclanma olacaq"
Azərbaycan Dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlayırAzərbaycanda Dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlanır.
Bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov "Almaniya-Azərbaycan İxrac Maliyyə Konfransı 2025"də çıxışı zamanı deyib.
"2018-ci ildə təsdiq edilmiş Dövlət borcunun idarə edilməsinə dair strategiyanın müddəti bu il başa çatır və biz artıq onun yenilənməsi üzərində işləyirik. Gələcək strategiyanın əsas sütunlarından biri əlavə xarici borclanma olacaq. Daha əvvəl də qeyd etdiyim kimi, xarici və daxili borc balansında hədəfə çatdığımız üçün yeni xarici borclanma imkanlarını araşdırmağa hazırıq. Burada söhbət bəzi prioritet dövlət layihələrindən, xüsusilə metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişafı layihələrindən, eləcə də su təchizatı və kanalizasiya sahəsində proqramlardan gedir. Biz artıq bir sıra ən böyük beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edirik, lakin hesab edirəm ki, araşdırılacaq daha çox imkanlar var", - A.Mursaqulov vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, son yeddi ildə dövlət zəmanətləri portfelini əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da maliyyə şirkətləri üçün yeni perspektivlər açır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
44 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























