Macarıstan Fransa şirkətindən qaz alacaq
Macarıstanın “MVM CEEnergy” kompaniyası Fransanın “Engie” şirkəti ilə LNG tədarükünə dair müqavilə imzalayıb. Bu sövdələşmə təbii qaz təchizatını diversifikasiya etməyə və Rusiyanın enerji resurslarından asılılığı azaltmağa imkan verəcək.
“Reuters” agentliyi xəbər verir ki, sənəddə “MVM CEEnergy” şirkətinin 2028-2038-ci illər arasında Fransadan hər il 400 milyon kubmetr qaz alması nəzərdə tutulur. Macarıstanın illik qaz ehtiyacının təqribən 8 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, ölkənin tələbatının 5 faizini ödəyəcək. Bu sənəd son vaxtlar imzalanan ikinci analoji müqavilədir. Sentyabrda Macarıstan şirkəti “Shell” ilə 2026-cı ildən başlayaraq ildə 200 milyon kubmetr qaz tədarükünə dair müqavilə imzalayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto “Engie” ilə müqaviləni şərh edərkən bildirib ki, diversifikasiya “mövcud, yaxşı qurulmuş tədarüklərin dəyişdirilməsi demək deyil”. 2024-cü ildə Macarıstan “Türk axını” boru kəməri ilə təxminən 7,5 milyard kubmetr Rusiya qazı idxal edib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






