Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
Biləsuvar rayonunda inşa olunan ölkənin Günəş Elektrik Stansiyasının ilk günəş panelinin quraşdırılması mərasimi keçirilir.
Məlumata görə, tədbirdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Agentliyi, “Azərenerji” ASC, "SOCAR Green", eləcə də "Masdar" şirkətinin rəhbər şəxsləri və Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Mərasim zamanı iştirakçılara layihənin əsas məqamlarını əhatə edən təqdimat nümayiş olunub. Ardınca yüksək səviyyəli qonaqlar qonaqlar simvolik olaraq simvolik ilk günəş panelinin quraşdırılmasında iştirak edib, xatirə panellərini imzalayacaqlar.
Qeyd edək ki, umumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.
Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək.Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.
Xatırladaq ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda Günəş elektrik stansiyasının inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə layihənin təməli qoyulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























