Qızılın qiymətində daha bir rekord
Qızıl, "təhlükəsiz liman" tələbinin artması fonunda dörd günlük ardıcıl yüksəlişini davam etdirərək tarixi rekorda çatıb. ABŞ-da hökumətin bağlanması investorların qızıla marağını artırıb.
Marja xəbər verir ki, qızılın unsiyasının qiyməti 3875,53 dollara qədər qalxaraq rekord yeniləyib. Rekorddan sonra qiymət bir qədər geriləyib, Bakı vaxtı ilə saat 10:17-də 3861 dollar səviyyələrində ticarət olunub. Bu il ərzində qızılın qiyməti 47 faizdən çox artaraq 1979-cu ildən bəri ən güclü illik göstəriciyə yaxınlaşır.
Vaşinqtonda Demokratlarla Respublikaçılar arasında büdcə razılaşmasının baş tutmaması təxminən yeddi ildən sonra ilk dəfə hökumətin fəaliyyətinin dayanmasına səbəb olub. Bu, xüsusən də bu həftə açıqlanacaq kənd təsərrüfatı sektorundan kənar məşğulluq göstəriciləri daxil olmaqla, mühüm iqtisadi məlumatların təxirə salınmasına gətirib çıxara bilər.
Bloomberg məlumatına görə, sentyabrda qızıla bağlı ETF-lərə vəsait axını son üç ilin ən yüksək səviyyəsinə çatıb.
ABŞ Federal Ehtiyat Sistemi (Fed) rəhbərləri arasında da ziddiyyətli bəyanatlar diqqət çəkir. FED-in Boston şöbəsinin rəhbəri Süzan Kollinz zəifləyən əmək bazarını əsas gətirərək əlavə faiz endirimlərinin mümkün ola biləcəyini deyib. Fed sədrinin müavini Filip Ceferson isə davam edən inflyasiya təzyiqlərinin və soyuyan əmək bazarının Mərkəzi Bankın qərarlarını çətinləşdirdiyini vurğulayıb.
Digər qiymətli metallar da bahalaşıb. Gümüş əvvəlki sessiyada 0,6% ucuzlaşdıqdan sonra 1,7% bahalaşaraq unsiyası 47,43 dollara qalxıb. Platin və palladium da dəyər qazanıb.
Qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə qızıl investorların əsas "sığınacaq" alətinə çevrilir.
ABŞ hökuməti fəaliyyətini dayandırdı
ABŞ-da federal hökumət çərşənbə axşamı gecə yarısından etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb. Buna Respublikaçıların təqdim etdiyi maliyyələşdirmə qanun layihəsinin Senatda kifayət qədər səs toplamaması səbəb olub.
Dövlət qurumları yalnız zəruri xidmətləri davam etdirəcək, ölkə üzrə hava nəqliyyatı idarəçiliyindən tutmuş fəlakət yardımlarına qədər bir çox sahədə fasilələr gözlənilir.
Respublikaçıların yeddi həftəlik müvəqqəti maliyyələşdirmə layihəsi 55 lehinə, 45 əleyhinə səslə qəbul edilməyib. Qanunun keçməsi üçün 60 səs lazım idi. Bu, sentyabrın ortalarında uğursuzluğa düçar olmuş eyni layihənin Senatda ikinci dəfə rədd edilməsidir.
Layihəyə demokrat senatorların böyük əksəriyyəti qarşı çıxıb. Yalnız Pensilvaniyadan Con Fetterman, Nevadadan Ketrin Kortes Masto və Demokratlara yaxın olan müstəqil senator Meyndən Angus Kinq dəstək verib. Respublikaçılardan isə yalnız Kentukkidən Rand Pol əleyhinə səs verib.
Demokratların dəstəklədiyi alternativ maliyyə layihəsi də çərşənbə axşamı əvvəlki səsvermədə Senatda rədd edilmişdi. Respublikaçıların layihəsi isə sentyabrda Nümayəndələr Palatasında qəbul olunsa da, Senatda irəliləyə bilməyib.
Siyasi böhran əsasən səhiyyə və sığorta xərcləri ətrafında toplanıb. Demokratlar maliyyələşdirmə paketinə səhiyyə subsidiyalarının daxil edilməsini tələb edir, Respublikaçılar isə bu məsələnin ayrıca və daha sonra müzakirə olunmasının tərəfdarıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)







