Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
"Azərbaycanda 2,5 milyon istifadəçi qazanmışıq"Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol regionun ən böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.
“PAŞA Holding”in təşkilatçılığı ilə 29-30 sentyabrda baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.
Tədbirin ikinci günündə “Trendyol”un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar.
‘’Trendyol’’un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb.
‘’Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini və üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir.
Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də, əsas ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da fəaliyyət göstəririk və artıq 2,5 milyon istifadəçi qazanmışıq. Bu da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir”, - deyə İrəm Çağrı Yılandil əlavə edib.
Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz regionunda da genişlənən ‘’Trendyol’’un hazırda 250 mindən çox satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir. Platformada 40 milyondan artıq məhsul mövcuddur.
Trendyol üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı kimi INMerge Sammitinə qoşulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























