Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə qanunsuz balıq ovuna qarşı reydlər davam etdirilir.
Mingəçevir su anbarı ərazisində keçirilmiş növbəti reyd zamanı balıqovlama bileti olmadan qanunsuz ov edən bir qrup şəxs saxlanılıb.
Yoxlama zamanı saxlanılan Yevlax rayonu Xanabad kənd sakinləri İsmayılov Əbil Qerasin oğlu, Həsənov Şakir Şəmsəddin oğlu və İsmayılov Sənan Mənsur oğlundan 2 ədəd dəmir qayıq, 4 ədəd avar, 51 ədəd sıf balığı, 191 ədəd şahmayı balığı, 8 ədəd çapaq, 10 ədəd daban balığı və 2 ədəd tor aşkar edilərək maddi sübut kimi götürülüb. Vətəndaşların qanunsuz ov nəticəsində təbiətə 8715 manat dəyərində zərər vurduğu müəyyənləşib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində aparılan nəzarət tədbirləri zamanı qadağan olunmuş ov aləti - elektrik cərəyanı ilə balıq ovu edən şəxslər saxlanılıb. Qanunsuz ov edən Tovuz rayonunun Hunanlar kənd sakinləri - 2001-ci il təvəllüdlü Məmmədov Elnur Səməd oğlu və 1996-cı il təvəllüdlü Quliyev Taleh Salman oğlundan 1 ədəd rezin qayıq, 2 ədəd domca, 2 ədəd elektrik akkumulyatoru və 93 ədəd xramulya balığı maddi sübut kimi götürülüb. Təbiətə dəymiş ziyanın məbləği 1023 manat qiymətləndirilib və faktla bağlı cinayət işi başlanıb.
Ümumilikdə, qanunsuz balıq ovunun qarşısının alınması zamanı təbiətə 9198 manat zərər dəyməsi müəyyən edilib.
Qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə müvafiq dövlət qurumları tərəfindən reydlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)















