Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini Bəhruz Bəhramov “PowerChina Resources Ltd.“ şirkətinin İdarə heyətinin sədri cənab Conq Hayşyanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Tərəflər Azərbaycan ilə Çin Xalq Respublikası arasında mövcud strateji tərəfdaşlıq çərçivəsində investisiya və əməkdaşlıq imkanlarını, xüsusilə bərpa olunan enerji və infrastruktur layihələri sahəsində birgə fəaliyyət perspektivlərini müzakirə ediblər.

Cənab Conq Hayşyanq “PowerChina Resources Ltd.”-nin beynəlxalq təcrübəsi və Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək, ölkənin yaşıl enerji gündəliyinə dəstək göstərməkdə maraqlı olduqlarını qeyd edib.

Bəhruz Bəhramov isə vurğulayıb ki, ARDNF beynəlxalq tərəfdaşlarla strateji əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir və enerji keçidinə töhfə verən təşəbbüsləri Fondun investisiya strategiyasına və risk-gəlirlilik profilinə uyğun şəkildə əməkdaşlıq imkanları çərçivəsində dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, “PowerChina Resources Ltd. “- “POWERCHINA” Qrupunun əsas xarici investisiya platforması olaraq bərpa olunan enerji layihələrinin investisiyası, inşası və istismarı sahəsində ixtisaslaşmışdır. Şirkətin Asiya, Avstraliya, Avropa və Afrikanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələr dayanıqlı enerji təminatına, yerli məşğulluğun artırılmasına və ekoloji həllərin təşviqinə töhfə verir. 2024-cü ilin sonuna olan məlumata görə, “PowerChina Resources Ltd. “20 ölkə və regionda 48 törəmə şirkətə malikdir və ümumi gücü 5227 MVt olan 18 layihə artıq istismar və ya tikinti mərhələsindədir.

26.09.2025 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18