"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
“Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır”.
Bu barədə Prezident İlham Əliyevin Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir.
“Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər”, - müraciətdə vurğulanıb.
Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib.
"Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir, - Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib: “Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır”.
Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
-
1 saat əvvəl
Azərbaycan gələn il neft-qaz sektorunda azalmanın dayanacağını proqnozlaşdırır
-
1 saat əvvəl
İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
2 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 16-da gözlənilən hava şəraiti
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
Ən çox oxunanlar
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı






.jpg)
.jpg)






.jpg)







