Fransanın kredit reytinqini aşağı salınıb, Portuqaliya və İspaniyanın yüksəldilib
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Fransanın xarici valyutada uzunmüddətli kredit reytinqini “AA-”dan “A+”-ya endirib və reytinqin proqnozunu “sabit” olaraq müəyyən edib.
Marja xəbər verir ki, Fitch açıqlamasında, Fransa iqtisadiyyatına dair qiymətləndirmələr diqqət çəkilib. Ölkənin yüksək və artan borc nisbətinin davam etdiyi, dövlət borcunun ÜDM-ə nisbətinin 2024-cü ildə 113,2%-dən 2027-ci ildə 121%-ə yüksəlməsinin gözlənildiyi bildirilib. Bu artımın ölkənin yeni iqtisadi şoklara cavab vermə qabiliyyətini məhdudlaşdırdığı vurğulanıb.
Açıqlamada hökumətin etimad səsverməsində məğlub olmasının daxili siyasətdə parçalanma və qütbləşməni ortaya çıxardığı qeyd edilib. Keçən il keçirilən erkən seçkilərdən sonra Fransada üç fərqli hökumətin fəaliyyət göstərdiyi, bu siyasi sabitliksizlik səbəbindən maliyyə konsolidasiya tədbirlərinin zəiflədiyi və büdcə kəsirinin 2029-a qədər ÜDM-in 3%-inə endirilməsinin çətinləşdiyi bildirilib. Fitch Fransanın fiskal konsolidasiya və AB maliyyə qaydalarına uyğunluq sahəsində zəif performans göstərdiyini vurğulayıb.
Digər tərəfdən, Fitch Portuqaliyanın xarici valyuta uzunmüddətli kredit reytinqini “A-”dan “A”-ya yüksəldib və proqnozunu “sabit” elan edib. Açıqlamada ölkənin dövlət borcunun 2020-ci ildə ÜDM-in 134,1%-i ilə zirvəyə çatdığı, lakin 2025-ci ilin ilk rübündə 96,4%-ə düşdüyü qeyd edilib.
Eyni zamanda, Standard & Poor’s (S&P) İspaniyanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “A”-dan “A+”-ya yüksəldib və proqnozunu “sabit” olaraq təyin edib. S&P-nin açıqlamasında İspaniyanın özəl sektorunun son 10 ildə borc azaldılması sahəsində səylərinin xarici balansda əhəmiyyətli yaxşılaşma təmin etdiyi, iqtisadi şoklara qarşı davamlılığı artırdığı və xarici maliyyələşmə şoklarına həssaslığını azaltdığı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















