ABŞ, G7-ni Çin və Hindistana tarifələr tətbiq etməyə çağırır
Financial Times-ın məlumatına görə, ABŞ, Rusiya ilə bağlı siyasət çərçivəsində, G7 ölkələrini Rusiyadan neft idxal etməyə davam etdikləri üçün Hindistan və Çinə ağır tarifələr tətbiq etməyə çağırır.
Marja xəbər verir ki, dörd mənbəyə istinad edilən xəbərdə ABŞ-ın bu addımının məqsədinin Rusiyanı Ukrayna ilə sülh danışıqlarına məcbur etmək olduğu bildirilib.
Məlumata görə, G7 maliyyə nazirləri Cümə günü keçiriləcək onlayn görüşdə ABŞ-ın təklifini müzakirə edəcək. Bu qərar ABŞ Prezidenti Donald Trump-ın sülh sazişi əldə etməyə çalışdığı bir dövrdə gündəmə gəlib.
ABŞ Maliyyə Nazirliyinin sözçüsü Financial Times-a bildirib ki, Çin və Hindistanın neft alışı “Putinin müharibə "maşınını" maliyyələşdirir” və müharibəni uzadır.
Mənbələrə görə, ABŞ təklif etdiyi tarifləri 50%-dən 100%-ə qədər dəyişən diapazonda müəyyən edib. Ötən ay Vaşinqton, Hindistanın Rusiya nefti alışı səbəbindən Hindistandan edilən idxalata tətbiq olunan tarifləri iki dəfə artırmışdı. Bu ilin əvvəlində isə Trump Çin mallarına gömrük vergiləri tətbiq etmiş, sonradan isə bu vergiləri azaldmışdı.
Qeyd edək ki, G7 ölkələrinə ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)





