Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
Vergi ödəyicilərinin sayı 4,8 faiz artıb2025-ci ilin sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 645 min 546 vergi ödəyicisinin 86,9 faizi fiziki şəxs, 13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.
Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 199 min 530 vahid təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında 9 min 419 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,2 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 d. əvvəl
Bayramlarla əlaqədar pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödənəcək
-
-
57 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
10-dan çox neft tankeri İran tərəfindən vurulub
Azərbaycan neftinin son qiyməti
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
Ən çox oxunanlar
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı


























