"600 kVt-lıq bir transformatorun qoyulması üçün 275 min manatadək haqq və rüsum tələb olunur"
Quşçuluq təsərrüfatlarının problemlərdən biri elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində 2024-cü ildən tətbiq olunan yeni tariflərdən qaynaqlanır.
Bunu Marja.az-a Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
“İndiyədək bütün kənd təsərrünfatı istehsalçılarına digər biznes sahələrindən fərqli qoşulma sistemi və tarifləri tətbiq olunurdu. Bu, digər biznes sahələri ilə müqayisədə daha aşağı rentabelli, həmçinin çoxsaylı risk faktorlarından asılı olan kənd təsərrüfatı istehsalçıları üçün mühüm güzəşt demək idi. Lakin ölkədə tətbiq olunan yeni qanunverici baza, ona müvafiq olaraq Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2024-cü ilin 3 may tarixində qəbul etdiyi ”Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə" qərar kənd təsərrüfatı istehsalçıları ilə digər biznes sahələri üçün eyni tariflər tətbiqini nəzərdə tutur.
Yeni tariflərə əsasən 600 kVt-lıq bir transformatorun qoyulması üçün quşçuluq təsərrüfatının 102-175 min manat arası qoşulma haqqı ödəməsi tələb olunur. Bundan əlavə, quşçuluq təsərrüfatları elektrik şəbəkəsinə qoşulma üçün texniki şərt almağa 70-100 min manat arası rüsumu ödəməli olurlar. Təxminən eyni vəziyyət qaz, su xətlərinə qoşulmada da mövcuddur. Bu, quşçuluq təsərrüfatları üçün çox böyük maliyyə yükü yaradır. Buna görə də kənd təsərrüfatı istehsalçılarının elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulması tariflərinin digər biznes sahələrindən fərqləndirilməklə, daha aşağı tariflərin tətbiq olunması son dərəcə vacibdir",- Mürvət Həsənli deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
- 31 d. əvvəl
-
35 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb




























