Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirir ki, Qida Qiymətləri İndeksi (FFPI) avqust ayında orta hesabla 130,1 bənd səviyyəsində olub və iyul ayına nisbətən (130 bənd) demək olar ki, dəyişməyib.
Marja xəbər verir ki, sərt artım və ya düşüş müşahidə olunmasa da, illik müqayisədə indeks 6,9 faiz yüksəkdir, lakin 2022-ci ilin mart ayında qeydə alınan maksimum səviyyədən hələ 18,8 faiz aşağıdır.
Taxıl qiymətləri azalıb, lakin mənzərə qarışıqdır:
Taxıl İndeksi 105,6 bəndə geriləyib, bu iyula nisbətən 0,8 faiz aşağıdır.
Bu azalma əsasən buğda qiymətlərinin düşməsindən qaynaqlanır – Avropa İttifaqı və Rusiya Federasiyasında bol məhsul, Asiya və Şimali Afrikada zəif tələbat.
Əksinə, qarğıdalı qiymətləri üçüncü ay ardıcıl artıb, əsas səbəb isə Avropada isti hava dalğalarının məhsula təsiri və ABŞ-da yem və etanol istehsalına artan tələbdir.
Düyü qiymətləri isə 2 faiz aşağı düşüb, əsas səbəb rəqabətli ixrac bazarı və Indica düyüsündə qiymətlərin azalmasıdır.
Bitki yağları bahalaşıb:
Bitki Yağı İndeksi 169,1 bəndə yüksələrək iyul 2022-dən bəri ən yüksək səviyyəyə çatıb.
Artım əsasən palma, günəbaxan və raps yağlarının qiymətlərinin qalxması ilə izah olunur.
Palma yağı qiymətlərini qlobal tələbat və İndoneziyanın biodizel qarışdırma normalarını artıracağı xəbəri dəstəkləyir.
Ət qiymətləri rekord səviyyədədir:
Ət İndeksi 128 bəndə yüksələrək yeni tarixində maksimum səviyyəyə çatıb.
Bu, əsasən mal və qoyun ətinin qiymətlərinin qalxması ilə izah olunur.
Mal ətinin qiymətləri ABŞ və Çin tələbatı ilə yüksək səviyyədə qalır, qoyun əti isə əsasən Avstraliya və Yeni Zelandiyadan ixracın məhdudluğu səbəbi ilə bahalaşıb.
Donuz əti qiymətləri sabit qalıb, toyuq əti qiymətləri isə Braziliyada bol təklifə görə azalıb.
Süd məhsulları qiymətləri azalıb:
Süd Məhsulları İndeksi 152,6 bəndə düşərək iyul ayı ilə müqayisədə 1,3 faiz aşağı düşüb, amma keçən ilin eyni dövründən 16,2 faiz yüksəkdir.
Yağ, pendir qiymətləri düşüb, lakin az miqdarda süd tozu qiymətləri artıb.
Şəkər qiymətləri cüzi yüksəlib:
Şəkər İndeksi 103,6 bəndə qalxıb, iyula nisbətən 0,2 faiz artım var, amma illik müqayisədə 9 faiz aşağıdır.
Qiymət artımı əsasən Braziliyada məhsuldarlıq problemləri və Çindən gələn artan tələblə bağlıdır.
Ümumilikdə, qlobal qida bazarında müəyyən məhsullar bahalaşsa da, FFPI sabit qalaraq qlobal qida qiymətlərində nisbətən dayanıqlı vəziyyətin davam etdiyini göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






