Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Tramp Yaponiyadan idxala 15%-lik gömrük rüsumu razılaşmasını imzaladı - YAPONLAR BİR SIRA ŞƏRTLƏR İLƏ RAZILAŞIBLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Yaponiyadan idxala 15%-lik gömrük rüsumu razılaşmasını imzaladı - YAPONLAR  BİR SIRA ŞƏRTLƏR İLƏ RAZILAŞIBLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp ABŞ–Yaponiya Ticarət Razılaşmasını rəsmən qüvvəyə mindirən fərmanı imzalayıb.

Razılaşmaya əsasən, ABŞ-a idxal edilən demək olar ki, bütün yapon məhsullarına 15% əsas gömrük rüsumu tətbiq olunacaq.

Reklam_3_11

Marja.az xəbər verir ki, Ağ Evin ictimaiyyətə açıqladığı fərmanda iyul ayında Yaponiya ilə imzalanan çərçivə razılaşmasının xatırladıldığı qeyd olunub. Razılaşma çərçivəsində avtomobillər, avtomobil hissələri, aviasiya məhsulları, generik dərmanlar və təbii resurslar üzrə xüsusi sektor tənzimləmələrinin olacağı bildirilib.

Fərmanda bu addımın ABŞ ilə Yaponiya arasındakı ticarət kəsirini azaltmağa və ABŞ-ın ümumi ticarət mövqeyini daha balanslı etməyə kömək edəcəyi vurğulanıb.

Eyni zamanda, Yaponiyanın ABŞ istehsalı olan sənaye, aviasiya, kənd təsərrüfatı, qida, enerji, avtomobil və sənaye məhsullarına “çığır açan” bazar imkanları yaradacağı qeyd olunub.

Yaponiyanın ABŞ-dan düyü idxalını 75% artıracağı, qarğıdalı, soya, gübrə, bioyanacaq kimi kənd təsərrüfatı və enerji məhsullarını illik 8 milyard dollar həcmində alacağı, ABŞ-da istehsal olunan təhlükəsizlik sertifikatlı avtomobillərin əlavə test olmadan satışına icazə verəcəyi, həmçinin ABŞ-dan kommersiya təyyarələri və müdafiə avadanlıqları alacağı açıqlanıb.

Sənəddə, Yaponiyanın ABŞ-a 550 milyard dollarlıq investisiya qoymağı qəbul etdiyi, hökumət tərəfindən seçiləcək bu investisiyaların ölkədə məşğulluq və istehsal artışı təmin edəcəyi vurğulanıb.

ABŞ hökumətinin Yaponiyanın öhdəlikləri yerinə yetirib-yetirmədiyini izləyəcəyi, əgər yerinə yetirilməsə əlavə tədbirlərin görülə biləcəyi də bildirilib.

Tramp iyul ayında verdiyi açıqlamada Yaponiya ilə ticarət razılaşmasını tamamladıqlarını bildirərək, bunu “bəlkə də indiyə qədər imzalanmış ən böyük razılaşma” kimi dəyərləndirmişdi.

DonaldTramp ABŞYaponiyaTicarətRazılaşması gömrükrüsumu 15faizrüsum avtomobil aviasiyaməhsulları generikdərmanlar təbiiresurslar ticarətkəsiri ABŞixracı Yaponiyainvestisiyası kəndtəsərrüfatı düyüidxalı qarğıdalı soya gübrə bioyanacaq enerji məhsulları müdafiəavadanlıqları kommersiyatəyyarələri bazarimkanları ABŞistehsalı məşğulluqartımı istehsalartımı ticarətmövqeyi əlavə tədbirlər iqtisadiəməkdaşlıq
05.09.2025 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18