Putindən Zelenskiyə Moskvada görüş dəvəti
Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı tunelin sonunda işıq gördüyünü bildirib və Ukrayna Prezidenti Vladimir Zelenskini Moskvaya dəvət edərək, onunla görüşməyə hazır olduğunu deyib. Putin, “Əgər Zelenski hazırdırsa, Moskvaya gəlsin və bu görüş baş tutsun”, -deyib.Rusiya Prezidenti Vladimir Putin, Çinə etdiyi dörd günlük səfərin ardından Pekində jurnalistlərin suallarını cavablandırıb.
Marja xəbər verir ki, Çinlə Rusiya arasında təbii qaz ticarəti ilə bağlı əldə olunan razılaşmalardan danışan Putin deyib:
“Rusiya qazının boru kəmərləri ilə Çinə ixracı illik 100 milyard kubmetrə çata bilər. Dünyanın ən böyük enerji istehlakçısı olan Çin, bazar formuluna əsaslanan qiymətlə qaz alacaq və bu da onun üçün üstünlük yaradacaq.”
Putin, Zelenski ilə görüşməyi heç vaxt rədd etmədiyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın da ona belə bir görüşün mümkünlüyünü soruşduğunu bildirib.
O, belə bir görüş üçün yaxşı hazırlıq lazım olduğunu qeyd edərək deyib: “Əgər Zelenski hazırdırsa, Moskvaya gəlsin və bu görüş baş tutsun.”
Putin, sağlam düşüncənin üstün gələcəyi halda Ukrayna məsələsində həll yoluna nail olunacağını vurğulayıb:
“Tramp administrasiyası da həll üçün səmimi səylər göstərir. Məncə tunelin sonunda müəyyən bir işıq göründü. Görək vəziyyət necə inkişaf edir. Əks halda, müəyyən etdiyimiz vəzifələri hərbi yolla həll etməli olacağıq.”
Ukrayna ilə İstanbul danışıqları
Putin, Ukraynanın NATO-ya üzv olmasına qarşı olduqlarını bir daha bildirib və ərazi mübadiləsi qarşılığında Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı anlaşmanın gündəmdə olmadığını qeyd edib.
O, Ukraynada ərazi məsələsinə dair referendum keçirilməli olduğunu bildirərək deyib: “Ancaq fövqəladə vəziyyət şəraitində referendum keçirilə bilməz. Bu isə referendum üçün fövqəladə vəziyyətin ləğv olunması, onun ardınca da prezident seçkisinin keçirilməsi deməkdir. Bu proses sonsuza qədər uzana bilər.”
Putin, İstanbulda keçirilən birbaşa danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskinin işindən məmnun olduğunu deyib və Rusiya tərəfinin Ukrayna ilə danışıqlardakı heyət səviyyəsini yüksəltməyə hazır olduqlarını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Pekində qarşılaşmasına da toxunan Putin deyib: “Əliyevlə salamlaşdım, xanımı ilə salamlaşdım. Bir neçə kəlmə danışdıq. Rusiya ilə Azərbaycan arasında problemlər var, amma münasibətləri inkişaf etdirmək istəyi hər şeyi yerinə oturdacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
31 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
51 d. əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
-
57 d. əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib





















