2 otaq studiya mənzil aylıq cəmi 957 manat!
Kristal"dan Biləcəridə əlverişli fürsət(®) Sərfəli şərtlərlə yeni mənzil axtaranlar üçün əla xəbərimiz var! "Kristal" "Biləcəri" layihəsində yeni 2 otaq studiya mənzillərin satışına start verib!
"Avtovağzal" metro stansiyasından 5 dəqiqəlik məsafədə yerləşən "Biləcəri" yaşayış kompleksi müasir şəhər həyatının bütün tələblərinə cavab verən tam təmirli, optimal planlanmış və keyfiyyətli mənzil axtaranlar üçün unikal fürsətlər təqdim edir.

Xüsusilə son dövrlərdə daha çox tələb görən 2 otaq studiya mənzillər artıq satışdadır və bu mənzillər həm ölçü, həm qiymət, həm də təmir baxımından alıcılar üçün olduqca cəlbedici variantlar təklif edir. Belə ki, sahəsi 48,27 m² olan 2 otaq studiya mənzil 115 848 manat nağd qiymətlə təqdim olunur. Həmçinin, 46 339 ilkin ödəniş edərək, ayda cəmi 957 manat ödəməklə bu mənzilə 10 illik ipoteka ilə sahib ola bilərsiniz. Əlavə olaraq, bu mənzil 20 ilədək ipoteka krediti ilə də təklif olunur. Bununla yanaşı, müştərilər üçün 49,77 m²-dən başlayaraq 2, 3, 4 otaqlı və studiya mənzil seçimləri də mövcuddur.

Ən əsası isə, bu mənzillər sakinlərə tam təmirli təhvil veriləcək və təmir zamanı yalnız Avropa brendi keyfiyyətli materiallardan istifadə olunacaq. Almaniya istehsalı Grohe və Hansgrohe santexnika materialları, Türkiyənin Vitra aksesuarları, elektrik sistemlərində İtaliyanın Gewiss brendi, İmmergas kombi sistemləri, Knauf alçipanları, Prysmian yanmayan kabelləri, Amerika istehsalı Guardian Glass şüşələri, Almaniya brendi G-U pəncərə aksesuarları, Türkiyənin Kale Seramik və Kütahya metlaxları, Stenova və Erismann divar kağızları, Wilo nasos sistemləri kimi etibarlı markaların məhsullarına üstünlük veriləcək. Bu isə həm keyfiyyətə, həm də uzunmüddətli komforta zəmanət deməkdir.

Satış şərtləri isə hər kəsin büdcəsinə uyğun olaraq iki fərqli seçimlə təqdim olunur: istər nağd istərsə də 20 ilədək ipoteka krediti ilə mənzil sahibi olmaq mümkündür. Üstəlik, layihədə 63,96 m²-dən 109,34 m²-ə qədər 2 otaq, 3 otaq studiya, 3 və 4 otaqlı mənzillər də mövcuddur.

Əgər siz də rahat, əlverişli yerdə yerləşən, keyfiyyətli mənzil axtarırsınızsa, indi qərar vermək zamanıdır! Yeni satışa çıxarılan mənzillər məhdud saydadır və tələbat günü-gündən artır. Bu fürsəti qaçırmayın, daha ətraflı məlumat üçün layihənin satış ofisinə yaxınlaşın və ya *1544 qısa nömrəsinə zəng edin.
Ətraflı: *1544
Ünvan: Biləcəri Qəsəbəsi, X.Natəvan küç 52C
kristal.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 d. əvvəl
- 17 d. əvvəl
- 20 d. əvvəl
- 27 d. əvvəl
- 44 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)







