Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
"Rusiya Hindistan üçün əsas neft təchizatçısı olaraq qalacaq. Bu vəziyyət yalnız Nyu-Dehlinin aydın siyasi göstəriş verməsi və ya ticarət iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verməsi ilə dəyişə bilər. Hindistanın Rusiyadan neft idxalını dayandırması qlobal neft təchizatını gündəlik təxminən bir milyon barel azalda və bunun nəticəsində dünya bazarında qısa müddətli qiymət sıçrayışı baş verə bilər; barrel neftin qiyməti isə 100 ABŞ dollarına qədər yüksələr.Hindistan sentyabr ayında ABŞ administrasiyasının təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını 10–20% artırmağı planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadla məlumat yayıb.
Hindistan sentyabr ayında Rusiyadan neft alışını gündəlik 150–300 min barel artırmağı nəərdə tutur. Ukrayna dronlarının hücumları nəticəsində zərər görmüş neft emalı zavodlarının dayanması səbəbindən Rusiyada xam neftin qiymətləri endirilir.
Kpler şirkətinin aparıcı analitiki Sumit Ritoli hesab edir ki, Rusiyanın Hindistan üçün əsas neft tədarükçüsü mövqeyi davam edəcək. Onun sözlərinə görə, yalnız Yeni Dehli açıq siyasi göstəriş verərsə və ya ticarət iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verərsə, vəziyyət dəyişə bilər.
CLSA broker şirkəti bildirir ki, Hindistanın Rusiyadan xam neft alışını dayandırması qlobal neft təchizatını təxminən gündəlik 1 milyon barel azalda bilər. Bundan əlavə, bu, qısa müddətli dünya bazarında qiymət artımına səbəb ola bilər və bir barel neftin qiyməti 100 ABŞ dollarına qədər yüksələ bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)









