Azərbaycan ABŞ-ın süni intellekt şirkətlərinə sərmayə yatıra bilər - Corctaun Universitetinin professoru yazır
Corctaun Universitetinin professoru S. Rob Sobhani “Washington Times” qəzetində Azərbaycan prezidentinin ABŞ-a səfəri, keçirdiyi görüşlər, apardığı danışıqlar, ABŞ Prezidenti Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 3 tərəfli sülh memorandumunu imzalanmasına dair “Prezident İlham Əliyev: Dünya səhnəsində Trampın güvəndiyi tərəfdaş” başlıqlı məqaləsi dərc olunub.
Marja.az həmin məqaləni ixtisarla təqdim edir.
8 Avqust tarixində Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev heç bir dövlət başçısının söyləmədiyi bir ifadə işlətdi: “Bu gün biz dünyanın ən vacib paytaxtında, dünyanın ən vacib ofisində, qlobal səhnədə ən vacib lider – Prezident Tramp qarşısında sülhü qoruyacağımıza dair söz vermək üçün toplaşmışıq.”
Bu sözlər Prezident Əliyevi Prezident Trampla görüşmüş digər dünya liderlərindən fərqləndirir. Azərbaycan Prezidenti, Prezident Tramp üçün qlobal səviyyədə ən mühüm və etibarlı müttəfiqlərdən birinə çevrilən liderlik keyfiyyətlərinə malikdir. Qısaca desək, Prezident Tramp, Yaxın Şərqdə sülhün qorunması, qlobal enerji təhlükəsizliyinin təmin olunması, dini azadlıqların müdafiəsi və etik, məsuliyyətli süni intellektin inkişafına sərmayə qoymaq kimi sahələrdə Amerika üçün etibarlı tərəfdaş olaraq İlham Əliyevə güvənə bilər.
Prezident Əliyevin ABŞ-a göstərdiyi ilk səmimi hörmət jesti, Azərbaycanla Ermənistan arasında yerləşən strateji quru dəhlizinə Prezident Trampın adını verməsi oldu – Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP). Bundan əlavə,Prezident İlham Əliyev Rusiyanın və İranın da olduğu bu bölgədə ABŞ-ın öz bayrağını ucaltmasına şərait yaradır.
"Qaz, bala, qaz!" deyəndə, bunun ardınca "ixrac et, bala, ixrac et!" deməlisən. Və bu sahədə də İlham Əliyev Prezident Trampın qlobal enerji təhlükəsizliyi məsələsində ən etibarlı tərəfdaşıdır. Çünki o, Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarının dünya istehlakçılarına fasiləsiz şəkildə ixracı ilə bağlı Amerikanın məqsədlərini bölüşür. Bəzi liderlər – cənab Putin və Ayətullah Xamenei kimi – öz dar siyasi məqsədləri üçün qlobal enerji bazarlarına təhdid yaratsalar da, Prezident Əliyev Prezident Trampla eyni fikirdədir: dünya istehlakçıları heç vaxt enerji kəsintilərinin girovuna çevrilməməlidir.
İlham Əliyevin Prezident Trampa olan səmimi hörmətinin göstəricisi olaraq, Azərbaycan Prezidenti artıq Türkmənistan Prezidentinə (dünyada dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahib ölkə) zəng edərək, Avropaya qaz nəqlini təmin edəcək Transxəzər Qaz Kəmərinin inşasını sürətləndirməyə çağırış edib. Bu addım Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq məqsədi daşıyır. Ağ Evdə Prezident Trampla etdikləri tarixi əl sıxma ilə verdiyi vədi yerinə yetirməklə Prezident Əliyev qlobal enerji təhlükəsizliyini gücləndirmişdir.
Avqustun 8-də i paraflanmış tarixi sülh sazişi zamanı Prezident Tramp dini azadlıqlara hörmətin əhəmiyyətinə də toxundu. Əslində, bu məsələ Amerikanın Prezidenti üçün o qədər əhəmiyyətlidir ki, bu istiqamətdə xarici siyasət prioritetini müəyyən edən Fərman imzalayıb. Bu sahədə də Donald Trampın İlham Əliyev kimi həqiqi tərəfdaşı var. Onun dünyəvi müsəlman dövləti olan Azərbaycanda yəhudi, baha’i və xristian icmaları sərbəst və çiçəklənən şəkildə mövcuddur. Məsələn, dünyanın müxtəlif yerlərində antisemitizm kimi bəlalar baş qaldırdığı bir vaxtda, Azərbaycandakı yəhudilər öz dinlərini tam azadlıqla yaşaya bilirlər.
Əslində, İsrail və Azərbaycan arasındakı münasibətlər müsəlman dünyasında ən konstruktiv əlaqələrdən biridir. Və qonşu İranda baha’ilər mollalar tərəfindən təqib olunur, işgəncə və edam edilir, Prezident Əliyev bu dini azlığı öz ölkəsinin gözəl multikultural tərkib hissəsi hesab edir. Əslində, əgər Prezident Tramp dini dözümlülük mövzusunda beynəlxalq arenada etibarlı tərəfdaş axtarırsa, İlham Əliyevdən daha yaxşı birisini tapa bilməz.
Keçən cümə günü Ağ Evdə keçirilən tədbirdə həm Prezident Tramp, həm də Prezident Əliyev süni intellekt (AI) məsələsinə toxundular. Dördüncü sənaye inqilabı sayılan bu texnoloji transformasiya qlobal iqtisadiyyata görünməmiş təsirlər göstərməyə hazırlaşır. Yenə də, Donald Tramp bu sahədə də İlham Əliyevə güvənə bilər – çünki Azərbaycan Prezidenti süni intellektin davamlı və müsbət iqtisadi təsirlərlə tətbiqi vizyonunu bölüşür.
61 milyard dollardan artıq suveren sərvət fondu ilə (Azərbaycan Respublikası Dövlət Neft Fondu - red) Prezident Əliyev ABŞ-ın özəl sektoru və şəxsən Prezident Tramp ilə əməkdaşlıq etməyə hazırdır – məqsəd, ABŞ-da yerləşən AI şirkətlərinə sərmayə yatırmaq və etik, məsuliyyətli süni intellektin vəd etdiyi imkanları reallaşdırmaqdır. Həqiqətən də, mərhum azərbaycanlı alim, Kaliforniya Universitetinin (Berkeley) professoru Lütfi Zadənin həmkarları bu gün ABŞ Hərbi Hava Qüvvələri ilə birlikdə MQ-9 pilotsuz təyyarələri üçün 3D təsvir tanıma texnologiyası üzərində işləyirlər.
Təsəvvür etmək çətin deyil ki, gələcəkdə Ağ Evdə keçiriləcək başqa bir mərasimdə Prezident Tramp və Prezident Əliyev qlobal AI təşəbbüsünü elan etsinlər. Bu təşəbbüs, Johns Hopkins və Yuta Universiteti kimi aparıcı tibbi mərkəzlərlə əməkdaşlıq çərçivəsində, dünya üzrə milyardlarla insana yüksək səviyyəli səhiyyə xidmətləri çatdırmağı hədəfləyə bilər.
Prezident Əliyev öz ölkəsinin sərmayələrinin ABŞ-a yönələcəyini təmin etməklə yanaşı, Amerika bizneslərinə qırmızı xalça sərmək vədini də Prezident Trampa vermişdir. Əslində, 2003-cü ildə hakimiyyətə gəldiyi gündən etibarən Prezident Əliyev Cənubi Karolina ştatı böyüklüyündə olan bu gözəl ölkəyə sərmayə qoymaq istəyən istənilən Amerika şirkətini məmnuniyyətlə qarşılamışdır.
Etibar, liderlər arasında gerçək tərəfdaşlığın təməlidir. Qlobal səhnədə Donald Tramp, sülh və rifaha yönəlmiş qlobal vizionu gerçəkləşdirmək üçün İlham Əliyevdən daha etibarlı tərəfdaş tapa bilməz.
Müəllif: S. Rob Sobhani, Ph.D. – Corctaun Universitetinin əlavə təyin olunmuş professoru
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















