Booking.com 10 000-dən çox otel tərəfindən məhkəməyə verilib
Avropada 10 000-dən çox otel, Booking.com-a qarşı kütləvi məhkəmə iddiası qaldırıb.
Marja.az xəbər verir ki, buna səbəblər olaraq Booking.com-un son 20 ill ərzində bazarı pozması və rəqabətə zidd davranışları göstərilir.
İddia Avropa İttifaqı (Aİ) daxilində otel, restoran və kafeləri təmsil edən Hotrec adlı birlik tərəfindən irəli sürülür.
Otellər bildirir ki, Booking.com onlara öz vebsaytlarında və digər platformalarda daha ucuz qiymət təklif etməyi qadağan edib. Platforma, müştərilərin otelləri Booking.com üzərindən tapıb, birbaşa rezervasiya etməsinin qarşısını almağa çalışıb.
Yüksək komissiya haqları
Hotelləri idarə edənlər deyir ki, Booking.com bazarda nəzarəti ələ keçirdikdən sonra komissiya faizlərini artırıb və bu da otellərin mənfəət marjına mənfi təsir göstərib. Məsələn, müştəri 100 avro ödədikdə, hotel cəmi 75 avro qazanır.
2024-cü ildə Avropa Ədalət Məhkəməsinin qərarı, Booking.com-un bu şərtlərinin Aİ-nin rəqabət qanunvericiliyini pozduğunu müəyyən edib.
İddiaya Amsterdam şəhərində baxılacaq.
Otellər 2004–2024-cü illər arasında çəkdikləri maliyyə zərərlərinə görə kompensasiya tələb edirlər.
Booking.com iddia ilə bağlı rəsmi bildiriş almadığını bildirib, Hotrec və digər birliklərin açıqlamalarını “yanıltıcı və düzgün olmayan” adlandırıb.
Şirkət bildirib ki, onların keçirdiyi bir sorğuda otelçilərin 74%-i, Booking.com-un bizneslərini daha gəlirli etdiyini deyib.
Şikayətlərə baxmayaraq, bir çox hotel üçün Booking.com vazkeçilməz bir platformadır – xüsusilə kiçik və müstəqil hotellər üçün qlobal görünürlük təmin edir.
Hotrec bildirir ki, bu iddia rəqəmsal bazarda ədalətsiz davranışlara qarşı birgə mübarizədir.
Booking Holdings (ana şirkət) 2024-cü ildə Avropa bazarının 71%-nə nəzarət edib (2019-da bu rəqəm 68.4% idi).
Şirkətin bazar dəyəri 170 milyard dollardır (Volkswagen-in 3 qatı qədər).
Ekspert rəyi
Hüquq mütəxəssisləri bu işin uzunmüddətli və baha başa gələcəyini deyirlər. Əsas məsələ – zərərin necə ölçüləcəyidir.
Düsseldorf Universitetindən Rupprecht Podszun bu işi belə xarakterizə edib:
“Bu, otellərin üsyanıdır. Onlar deyirlər ki: ‘Bizimlə istədiyinizi edə bilməzsiniz.’”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























